MilliTV.az
Bağçalarda uşaqlara distant qayğı göstərmək mümkün deyil. Epidemioloji vəziyyət imkan verir ki, sentyabrın 15-dən həmin müəssisələr mərhələli şəkildə işə başlasın.
XeberOxu.Az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, virusun çox yayılmadığı şəhər və rayonlarda bağçaların fəaliyyətinin mərhələli bərpa edilməsi təklif edilir:
"Noyabr ayının 2-ə qədər bu rejimdə işləmək nəzərdə tutulur. Bundan sonra epidemioloji vəziyyət imkan versə, proses davam etdiriləcək".