Azərbaycanda artıq martın 22-dən 40 yaşlıların peyvəndlənməsi prosesi başlayıb.
Peyvənd vurduranların ümumi sayı ölkəmizdə yarım milyondan artıq olsa da, virusun yayılma tempi də narahatlıq yaradır. Maraqlı məqam ondan ibarətdir ki, peyvənd könüllülük prinsipi əsasında vurulsa da, bəzən insanların məcburiyyət qarşısında qoyulduğuna dair də xəbərlər yayılır.
Cebhe.info xəbər verir ki, bununla bağlı növbəti xəbər Novxanıdakı Mehdi Hüseynzadə adına 1 saylı məktəbdən gəlib. Belə ki, məktəbin direktoru Mirzəyeva Taliə “Votsap” vasitəsilə yuxarı sinif şagirdlərinin valideynlərinə müraciət edərək onları peyvənd vurdurmağa çağırıb. Direktorun peyvəndi təbliğ edən çıxşını maarifləndirmə xarakterli tədbir kimi dəyərləndirmək olardı, əgər müraciətdəki digər məqam olmasaydı.
Belə ki, direktor kənddə yoluxmanın həddən artıq yayıldığını bildirib və validenyləri peyvənd olunduğuna dair sənəd təqdim etməyən şagirdləri imtahana buraxmamaqla hədələyib:
“Mən sizdən xahiş etdim. Amma əgər xahişə baxmayacaqsınızsa, valideynlərinin peyvənd olunmasına dair sənəd olmasa, mən də 9 və 11-ci siniflərin şagirdlərinə imtahan üçün tələb olunan arayışları təqdim etməyəcəyəm. Ola bilsin, şagirdlərdən imtahanda da valideynlərlə bağlı sənəd tələb olunsun”.