Axtarış...

Rafael Cəbrayılov indi də Oqtay Əsədovun üzünə durur: - “Nə almışamsa, aparıb ona vermişəm”

Rafael Cəbrayılov indi də Oqtay Əsədovun üzünə durur: - “Nə almışamsa, aparıb ona vermişəm”

Milli Məclisin keçmiş deputatı Rafael Cəbrayılov özünü xilas etmək üçün hamisi, eks-spiker Oqtay Əsədovu hədəf taxtasına çıxarıb.

Yenicag.az-a daxil olan məlumata əsasən, dələduzluq yolu ilə vətəndaşlara külli miqdarda maddi ziyan vurmaqda suçlanan Rafael Cəbrayılov zərərçəkənlərlə söhbətlərində bu əməllərinə görə məsuliyyəti parlamentin sədri Oqtay Əsədovun üzərinə qoyub.

Məlumatda qeyd olunur ki, Cəbrayılov özəl söhbətlərdə vətəndaşlardan mənimsədiyi iri məbləğdə pul vəsaitlərini Əsədova verdiyini deyib: “Nə almışamsa, aparıb ona vermişəm”.

Redaksiyamız keçmiş deputatın bu barədə dediklərini təsdiqləyən səs yazılarını əldə edib və yaxın müddətdə onları yayımlayacaq.

Xatırladaq ki, Rafael Cəbrayılova qarşı şikayətləri araşdıran Abşeron rayon Məhkəməsinin keçmiş deputat barəsində qəti hökm çıxarmasına məhz Oqtay Əsədovun qardaşı Nazim Əsədovun imkan vermədiyi bildirilir.

Mövzunu davam etdirəcəyik.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz