Borclu olması səbəbindən deputat mandatını girov qoyması və çoxsaylı dələduzluq əməllərinə görə gündəmdən düşməyən Milli Məclisin keçmiş deputatı Rafael Cəbrayılovun həbsi ilə bağlı Abşeron rayon İcra və Probasiya İdarəsində məhkəmə qərarı icra edilmir.
Veteninfo.az xəbər verir ki, Cəbrayılovun barəsində inzibati qaydada görüləcək tədbir yubandığı kimi, Respublika Prokrorluğu yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsində də cinayət işinin istintaqı düyünə düşüb.
Demək olar ki, istintaq 7 aydır yerində saymaqdadır. Rafael Cəbrayılovdan şikayətçi olanlar hesab edirlər ki,bu işdə hansısa sehirli əllər onu müdafiə etməkdədirlər.
Məlumta görə, Rafael Cəbrayılovun arxasında duran sehirli əl, Abşeron rayonundan millət vəkili seçilən, Milli Məclisin sabiq sədri Oqtay Əsədovdur. Belə ki, mandatını girov qoyan sabiq deputatla eks-spikerin şərikli biznesi vardır.
Qeyd edək ki, Rafael Cəbrayılov özü də dəfələrlə borclu olduğu şəxslərlə söhbətində Oqtay Əsədovun adını çəkib və bununla bağlı borclu olduğu şəxslərdə səs yazılıarı belə mövcuddur.
İddaya görə, Abşeron rayon İcra idarəsinin Rafael Cəbrayılovla bağlı qərarı icra edə bilməməsinə səbəb də, Oqtay Əsədovun qardaşı Nazim Əsədov vasitəsi ilə İcra İdarəsinə təzyiq göstərməsidir. Məhz Nazim Əsədovun müdaxiləsindən sonra Abşeron rayon İcra və Probasiya İdarəsi məhkəmə qərarını icra etmir.