Axtarış...

Şah kimi yaşayan tikinti maqnatının oğlu – Şərurlu İsfəndiyarla bağlı faktlar (FOTO)

Şah kimi yaşayan tikinti maqnatının oğlu – Şərurlu İsfəndiyarla bağlı faktlar (FOTO)


Bir neçə gündür tikinti maqnatı “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov medianın diqqətindədir.

Buna səbəb 5 milyon manatdan çox vəsaiti mənimsəməkdə ittiham edilən “Zaminbank”ın keçmiş sədri Nadir İsmayılovun məhkəmədə söylədikləridir.

Məlumat üçün deyək ki, “Zaminbank”ın keçmiş sədri Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. İsfəndiyar Axundov isə, bu işdə zərərçəkən qismində tanınıb.

Nadir İsmayılov İsfəndiyar Axundovu aldatması barədə ikincinin iddialarına münasibət bildirərkən deyib: “Mən onu aldatmamışam. İsfəndiyar Axundov düzgün danışmır. Onlar birinci dəfə 5 milyon götürdülər. İkinci dəfə də qalan 5 milyona iki “Lamborghini”, iki “Ferrari” aldılar. 300 min də qudası Məhərrəmə verdi. Birinci xanımından olan oğlu üçün Türkiyəyə pul göndərdi. Danışır, amma hamısını demir”.

Bu gün isə məlumat yayılıb ki, Cəlilabad rayonunun Soltankənd kəndinin sakini Əzizxan Əliyev İsfəndiyar Axundova məxsus “Şərur” Mənzil-Tikinti Kooperativinə (MTK) qarşı 2 milyon manat təzminat tələbi ilə iddia qaldırıb. Səbəb onun yeganə oğlu Nahid Əliyevin ölümüdür.

“Şərur İsfəndiyar” hələ 2005-ci ildə medianın diqqət mərkəzinə gəlmişdi. Həmin vaxt onun oğlu Şahin Axundov Türkiyə səfirliyinin qarşısında mübahisə etdiyi Anar İsmayılov adlı şəxsin avtomobilinə “Vinçester”dən, yaxud tapançadan bir neçə dəfə atəş açmışdı.

İsfəndiyar Axundov ciddi-cəhdlə oğlunu məsuliyyətdən yayındırmağa çalışsa da, ölkə rəhbərliyinin işə müdaxiləsindən sonra Şahin Axundov həbs olundu və 5 il həbs cəzasına məhkum edildi.

Tikinti maqnatı daha sonra digər oğlu Allahverdi Axundovun 650 min manata “Lamborghini” alması ilə gündəmə gəldi. “Şərurlu İsfəndiyar” əvvəlcə xəbəri təkzib elədi.

“Bu, yalandır, uydurmadır, mənim oğlumun elə maşını yoxdur” deyən tikinti maqnatı danılmaz faktla üzləşdi. Sən demə, Allahverdi Axundov artıq sosial şəbəkələrdə bahalı avtomobilinin fotosunu “My new car” (Mənim yeni avtomobilim) qeydi ilə paylaşıbmış.

İsfəndiyar Axundovun bu fakta reaksiyası belə oldu: “Hə, nə olsun? Mənim vertolyotum da var. Bunun kimə nə aidiyyəti var? Həmin maşın oğlumundur. Mənim oğlum neyləyib? Şəhərdə vertolyot sürməyib ki… Maşın sürüb də. Başqa nə iş görüb?”

Lakin Allahverdi Axundov təkcə 650 minlik “Lamborghini”yə sahib deyil. Onun sosial şəbəkələrdə paylaşdığı fotolardan görünür ki, kifayət qədər dəbdəbəli həyat yaşayır.

Əlbəttə, İsfəndiyar Axundov məmur deyil, tikinti maqnatıdır. Əslində, onun övladlarının dəbdəbəli həyat yaşaması müzakirə mövzusu olmamalıdır. Amma məsələ burasındadır ki, “Şərurlu İsfəndiyar”ın adı bir sıra tikinti fırıldaqlarında hallanır. Odan xeyli sayda şikayətçinin olduğu barədə iddialar var. Vətəndaşları aldadan “Muray” MMC kimi tikinti şirkətlərin yarımçıq qalmış işləri hansısa səbəbdən İsfəndyar Axunovun nəzarətinə keçir. Bütün bunlar isə, haqlı olaraq onun fəaliyyəti barədə müəyyən şübhələrə səbəb olub.

//hit.az
Şah kimi yaşayan tikinti maqnatının oğlu – Şərurlu İsfəndiyarla bağlı faktlar (FOTO)
Şah kimi yaşayan tikinti maqnatının oğlu – Şərurlu İsfəndiyarla bağlı faktlar (FOTO)
Şah kimi yaşayan tikinti maqnatının oğlu – Şərurlu İsfəndiyarla bağlı faktlar (FOTO)
Şah kimi yaşayan tikinti maqnatının oğlu – Şərurlu İsfəndiyarla bağlı faktlar (FOTO)
Şah kimi yaşayan tikinti maqnatının oğlu – Şərurlu İsfəndiyarla bağlı faktlar (FOTO)
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz