Axtarış...

Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı daha bir AÇIQLAMA


“Dağlıq Qarabağdakı atəşkəsin ardından Türkiyə və Rusiya Müdafiə nazirləri arasında anlaşma memorandumu imzalandı”.

Bunu bu gün Türkiyə Milli Müdafiə Nazirliyinin iclasında çıxışı zamanı nazir Hulusi Akar dilə gətirib.

“Rusiya ilə əməkdaşlığımız planlaşdırdığımız şəkildə davam edir”, - H.Akar qeyd edib.

Xatırladaq ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında atəşkəs razılaşması qəbul edilib.

Noyabrın 11-də isə Türkiyə və Rusiya müdafiə nazirləri arasında qəbul edilən memorandum çərçivəsində Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Mərkəz yaradılıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz