Axtarış...

“KİV haqqında” qanun layihəsilə bağlı TƏKLİFLƏR: - ekspertlər nələri görmək istəyirlər...

“KİV haqqında” qanun layihəsilə bağlı TƏKLİFLƏR: - ekspertlər nələri görmək istəyirlər...
Kütləvi İnformasiya Vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericiliyə yenidən baxılması və media ilə bağlı yeni qanunun qəbul olunması gözlənilir. Media sahəsində islahatlara başlanılıb.

“KİV haqqında” qanun layihəsi hazır olandan sonra ona Milli Məclisin Mədəniyyət komitəsində baxılacaq.

Modern.az yeni qanun layihəsi ilə bağlı media ekspertlərinin fikirlərini və təkliflərini öyrənib.

Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli bildirib ki, “KİV haqqında” qanunun formalaşması Azərbaycanın bilavasitə Avropa Şurasına daxil olması ilə birgə baş verib:

“Azərbaycan bu gün də Avropa Şurasının üzvüdür. Şuranın üzvü olan ölkələrdə mediaya dövlət müdaxiləsi yolverilməzdir və medianın azadlığı təmin olunmalıdır. Ümid edirəm ki, yeni qanunun niyə qəbul olunmasının səbəbini cəmiyyətə izah edəcəklər. Medianın hüquqi tənzimlənməsi ilə məşğul olan şəxslər olaraq belə bir top yekun qanuna ehtiyac duymuruq. Əgər belə bir ehtiyac varsa, o zaman bu ictimaiyyətlə əlaqəli şəkildə həyata keçirilməlidir. Azərbaycan Avropa Şurasının üzvüdür və şuranın heç bir ölkəsində Azərbaycanda olduğu kimi dövlət mediası mövcud deyil. Azərbaycana ilk növbədə Avropa Konvensiyasına istinad edən və konvensiyada müəyyən olunan ifadə azadlığını qoruyan qanun lazımdır. Bunun hansı ölkə olmasının heç bir önəmi yoxdur”.
Ələsgər Məmmədli düşünür ki, Azərbaycanda media qanunvericiliyi yetərlidir, amma əskik olan məqamlar var:
“Bu, diffamasiyanın cinayət məsuliyyəti yaratmasıdır. Diffamasiyanın cinayət məsuliyyəti qanunvericilikdən çıxarılmalıdır. Böhtana, təhqirə görə cinayət məsuliyyəti olmamalıdır.

İkinci önəmli problem medianın təsisçiliyinin şəffaf olmamasıdır. Bütün media təsisçilərinin konkret olaraq kim olduğu bilinməlidir”.

Teletənqidçi, professor Qulu Məhərrəmli Azərbaycanın əvvəl ki, “KİV haqqında” qanununun öz dövrü üçün mütərəqqi olduğunu qeyd edib:

“Qanuna çox dəyişikliklər edildi və onu tamamilə başqa hala saldılar. Azərbaycan Avropa Şurasına daxil olandan sonra, bütün qəbul olunan qanunlar ekspertiza kimi “Venetsiya komissiyası” adlandırılan qurumdan keçir və onların rəyi nəzərə alınır. Bizim “KİV haqqında” qanunla bağlı da belə oldu.
Ümid edirəm ki, normal bir qanun layihəsi hazırlanacaq, çünki üzərində çox ciddi işlər gedir. Hüquq ekspertləri, media hüquqçuları qanunla məşğul olurlar.

Yeni qanun layihəsi üçün bir çox ölkələrin qanunu üstün prioritet kimi götürülə bilər. Məsələn, Almaniya, Böyük Britaniya, Fransa və s. Bu ölkələrin media haqqında qanunu çox müasirdir və o qanunlarda jurnalistlərin, medianın cəmiyyətdə normal çalışması üçün hüquqi zəmin həddindən artıq güclüdür. Bu ölkələrin qanunvericilik təcrübəsi nəzərə alına bilər. Türkiyənin qanunu da bura daxildir.

Qanun layihəsində hakimiyyət və media arasında çox dəqiq sərhədlər müəyyənləşdirilir, medianın hüquq və vəzifələri dəqiq göstərilir. Qanunun işi həm də məhdudiyyətlər qoymaqdır. Bu məhdudiyyətləri nəzərə alaraq media elə fəaliyyət göstərməlidir ki, cəmiyyəti məlumatlandırsın, eyni zamanda insanların şərəf və ləyaqətini təhqir etməsin”.

Qulu Məhərrəmli yeni qanunda nələr görmək istədiyini də vurğulayıb:
“İlk növbədə jurnalistləri sərbəst fəaliyyəti, informasiyaya çatımlı olması üçün hüquqi prosedurlar dəqiq göstərilməlidir. Hakimiyyətlə münasibət çərçivəsi dəqiq göstərilməlidir. Medianın məmurlardan qorunması üçün maddə əvvəlki qanunda da var idi, şübhəsiz ki, burada da öz əksini tapacaq. İnformasiya vermək istəməyən, medianın işinə mane olanlar üçün cəzalar müəyyənləşdirilməlidir. Mütərəqqi olaraq nə varsa, onların hər birini yeni qanunda görmək istəyirəm”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz