Axtarış...

Prezident İstanbulda imzalanmış protokolu təsdiqlədi

Prezident İstanbulda imzalanmış protokolu təsdiqlədi


Prezident İlham Əliyev “Üzv Dövlətlərin Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol”un təsdiq edilməsi haqqında fərman imzalayıb.

Millitv.az xəbər verir ki, fərmana əsasən, 2020-ci il noyabrın 28-də İstanbul şəhərində imzalanmış “Üzv Dövlətlərin Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol” təsdiq edilib.

Protokol qüvvəyə mindikdən sonra Xarici İşlər Nazirliyi və Maliyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidirlər.

Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tərəflərə bildiriş göndərməlidir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz