Axtarış...

Prezident “Elektron su təsərrüfatı” ilə bağlı fərman imzaladı

Prezident “Elektron su təsərrüfatı” ilə bağlı fərman imzaladı


Prezident İlham Əliyev “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”ni təsdiq edib.

Millitv.az xəbər verir ki, dövlət başçısının fərmanına əsasən, “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə “Elektron su təsərrüfatı” informasiya sisteminin fəaliyyətinin təşkili, saxlanılması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir;

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə ESTİS-in təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir;

Bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Prezidentin fərmanına uyğun olaraq, ESTİS-in aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti bu Fərmanla təsdiq edilmiş ESTİS haqqında Əsasnamə”də nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə həmin məlumatların ESTİS-ə daxil edilməsini (ötürülməsini) mütəmadi təmin etməlidirlər və bu barədə ildə bir dəfə Nazirlər Kabinetinə məlumat verməlidirlər.

Nazirlər Kabineti ESTİS-in formalaşdırılması, aparılması və saxlanılması xərclərinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görməlidir;

Bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz