Bu axşam Bakının mərkəzi Nizami küçəsində – “Tarqovı”da quzu gəzdirən gəncləri polis saxlayıb və bölməyə aparıb.
Hokm.az xəbər verir ki, həmin görüntüləri “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu sosial şəbəkədə paylaşıb. Qeyd edib ki, polislə gənclər arasındaki mübahisəyə müdaxilə etməyə çalışsa da, polis onun sözlərinə məhəl qoymayıb.
Gənclər quzuya şəhəri çirkləndirməməsi üçün “pampers” belə geyindiriblər. Lakin polis bunun qanuna zidd olduğunu bildirib:
“PPX polisləri, elə quzu sahibləri yaşda olan gənclər yaxınlaşdılar, “…bu quzu kimindi”, deyə, soruşdular.
“Bizimdi, rəis”, – gənclər ədəblə cavab verdilər.
“Bu quzunu niyə küçəyə çıxartmısız?”, sualı gəldi.
Cavab hazırmış: “Rəis, it gəzdirirlər, meymun oynadıb, pulla şəkil çəkdirirlər, quzu olmaz ki? Nə fərqi var, bu da ev heyvanıdı…”
Cavab mənə məntiqli gəldi.
Dialoqun davamını izləyək.
“Bunu niyə belə geyindirmisən, məqsədin nədir?”.
“Küçəyə pislik eləməsin deyə, “pampers” geyindirmişik, rəis, səhvdi məyər”?
Gənc polislərdən biri daha hazırlıqlı idi.
Bayaqkı məntiqi cavaba əks -arqument söylədi: “Bura heyvanat baxçasıdı? İstəyən evində olan heyvanı götürüb, küçəyə çıxa bilməz. Görünüb ki, it gəzdirərlər, daha quzu nədi, yığmısan camaatı bura. Bəlkə toyuq-cücə də çıxardasız…”
Həmin görüntüləri təqdim edirik:publika.az