Ermənistan polisi baş nazir və hökumətin istefası tələbinə qoşulub.
30 general-mayor və polkovnikin imzaladığı bəyanatda deyilir:
“Ölkədə müharibədən sonrakı böhran vəziyyəti erkən həll tələb edir. Ordunun komandanlığına dəstəyimizi bildiririk və vətənin taleyi ilə bağlı narahatlığın diktə etdiyi bəyanata qoşuluruq. Polis məmurlarını Nikol Paşinyanın qanunsuz təlimatlarına tabe olmamağa və xalqa güc tətbiq etməməyə çağırırıq.
İctimaiyyəti təxribatlara uymamağa və hakimiyyəti qorumağa yönəlmiş addımlardan çəkinməyə çağırırıq. Ölkədəki mövcud vəziyyətin yeganə həlli hakimiyyətin istefasıdır. Hazırkı hakimiyyəti ölkədəki vəziyyəti sabitləşdirməkdən çəkinərək, sarsıntı keçirmədən dinc yolla getməyə çağırırıq”. (Publika)