Axtarış...

Dəfələrlə "Aztelekom"a müraciət etsə də... - GİLEY

Dəfələrlə "Aztelekom"a müraciət etsə də... - GİLEY
Göyçay rayonu 7 №li tam orta məktəbdə tarix müəllimi işləyən Aqil Cəfərov internet probleminə görə dərs keçə bilmir. DİA.AZ-ın məlumatına görə, Aqil Cəfərov bildirib ki, dəfələrlə Aztelekom Göyçay şöbəsinə həm yazılı, həm də şifahi şikayət etsə də, onun evinə gələn internet-telefon xəttindəki nazaslığı aradan qaldırmaq mümkün olmayıb:

“Distant təhsilin problemi demək olar ki, respublika üzrə eynilik təşkil edir. Bunun birinci səbəbi internetdir, ikinci isə cihazların olmamasıdır. Digər səbəblər isə müəllimlərin qeri-peşəkar yanaşması, valideynlərin laqeydliyi, məktəb rəhbərliyinin ciddi yanaşmamasıdır. Elə məktəblər var ki direktor, müavin qapı-qapı gəzib valideynlərə uşaqlarının dərslərdə iştirak etməsini tələb kimi qoyurlar.”

Sözü gedən məktəbin fizika müəllimi Asiman Süleymanova isə şikayət etməyin əhəmiyyətsiz olduğunu düşünür: “Elə sinif var ki, 12-13 şagird , elə sinif də var ki, 4-5 şagird dərslərdə iştirak edir. Heç distant təhsillə bağlı metodiki vəsaitlə də tanış deyiləm. Qardaşımın iki övladı şagirddir, evdə otaq çatışmazlığına görə uşaqlar dərs keçməyə yer tapa bilmirlər.”

Məktəbin Gənclərin Çağırışaqədərki Hazırlıq (GÇH) müəllimi Elşən Süleymanov da bildirib ki, distant təhsilə başlayandan o, dərs keçə bilməyib: “Bildiyimiz kimi, GÇH fənni 10-11 siniflərdə tədris olunur, bu sinif şagirdləri demək olar ki bütün respublika üzrə, repetitor yanına gedirlər. Ona görə də GÇH fənninin Microsoft Teams da, internetdə, onlayn formada keçirilməsinə vaxt ayırmırlar. Bu fənlə bağlı problem hələ əyani tədris prosesində özünü göstərirdi. Əsas fənn sayılmayan GÇH fənninə şagirdlər maraq göstərmirlər, sadəcə atıcı silah gətirəndə, hansısa hərbi-idman yarışlarında iştirak etmək üçün hərbi formanı geyib əsgər kimi addımlamaq istəkləri ilə qismən dərslərə, məşqlərə qatılırdılar.”

Göyçay rayon Məlikkənd kənd sakini Məcid Abdullayev Qarabağ müharibəsi veteranıdır, iki övladı var, hər ikisi məktəblidir. Müsahibimiz bildirib ki, evdə internet xətti var, ancaq iki şagird bir telefon işlədir, başqasını almağa isə imkan yoxdur: “Müəllimlər işlərinə ciddi yanaşırlar, amma distant təhsil keyfiyyətli ola bilməz. Uşaqlar Microsoft Teams proqramından yox, adi whatsppdan istifadə edərək dərslərini öyrənirlər. Görüntülü olan digər proqramlar, məsələn, zoom, skype işə yaramır, bağlantı tez-tez kəsilir.”

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz