Axtarış...

Vətəndaşları "sayğac əməliyyatı" ilə bezdirən “Azəriqaz”ın sədr müavininin BİZNES ŞƏBƏKƏSİ - İLGİNC FAKTLAR

Vətəndaşları "sayğac əməliyyatı" ilə bezdirən “Azəriqaz”ın sədr müavininin BİZNES ŞƏBƏKƏSİ - İLGİNC FAKTLAR

“Azəriqaz” İstehsalat Birliyinin satış və istismar üzrə müavini Cahid Hüseynovun şirkətlərinin siyahısı məlum olub.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, “Azəriqaz” sədrinin müavini Cahid Hüseynovun “Nur elektrik təmir tikinti” MMC şirkəti energetika avadanlıqlarının idxalı və satışı ilə məşğuldur.

Cahid Hüseynovun və qardaşı Cəfər Hüseynovun Türkiyə və Dubayda da əmlaklarının olduğu deyilir. Bu şirkətlərə ümumi nəzarəti Cəfər və Cavid Hüseynov qardaşları nəzarət edir.
Vətəndaşları "sayğac əməliyyatı" ilə bezdirən “Azəriqaz”ın sədr müavininin BİZNES ŞƏBƏKƏSİ - İLGİNC FAKTLAR

Vətəndaşları "sayğac əməliyyatı" ilə bezdirən “Azəriqaz”ın sədr müavininin BİZNES ŞƏBƏKƏSİ - İLGİNC FAKTLAR

Həmçinin, Hüseynov qardaşları Bakıda və Salyanda da biznes fəaliyyətilə məşğul olurlar. Onların Salyanda hektarlarla istixana kompleksi var.

Qeyd edək ki, Cahid Hüseynovun kiçik qardaşı Cəfər Hüseynov Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin sabiq rəisi olub.

Vətəndaşları sayğac məsələsi ilə incidən “Azəriqaz” məmurlarının biznes siyahısı bununla bitmir. Yəqin ki, müvafiq dövlət strukturları bu sahədə araşdırma aparsalar, daha ciddi məlumatlar ortaya çıxar.

Yeri gəlmişkən, Cahid Hüseynovun kirvəsi,”Azəriqaz” -ın sədri Ruslan Əliyevlə biznes ortağı olduğu barədə informasiyalar dolaşır.

Hüseynov qardaşlarının şirkətlərindən biri haqqında ümumi məlumatı təqdim edirik:

Kommersiya qurumunun adı: “NUR ELEKTRİK
TƏMİR TİKİNTİ” MƏHDUD MƏSULİYYƏTLİ
CƏMİYYƏTİ.

Qeydiyyat nömrəsi (VÖEN): 7001009561.

Təşkilati-hüquqi forması: Məhdud məsuliyyətli cəmiyyət.

Hüquqi ünvanı: AZ5231, SALYAN RAYONU, YOLÜSTÜ
QƏSƏBƏ. Nizamnamə kapitalı: 3010 manat. Maliyyə ili:

01 Yanvar – 31 Dekabr. Qanuni təmsilçi: HÜSEYNOV
CAVİD ƏLSƏF OĞLU. Dövlət qeydiyyatına alındığı tarix: 12 Oktyabr 2016.

KONKRET.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz