Axtarış...

ƏHALİYƏ ŞAD XƏBƏR! Hökumət un və buğda ilə bağlı qərar qəbul etdi

ƏHALİYƏ ŞAD XƏBƏR! Hökumət un və buğda ilə bağlı qərar qəbul etdi

Azərbaycanda buğda idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azad olunmasının müddətini daha 3 il artırılmasının səbəbi məlum olub.

Oxu24.com -un məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən onlayn iclasında Vergi Məcəlləsinə dəyişikliklə bağlı açıqlanan arayışda əksini tapıb.

Qeyd edək ki, qüvvədə olan Vergi Məcəlləsinə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad olub.

Layihəyə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 7 il müddətinə - 2024-cü il yanvarın 1-dək ƏDV-dən azad olacaq.
Text-to-Speech

DİNLƏ






Şərh yaz