“Ölkəmizdə mərhələli şəkildə əmək kitabçaları dövriyyədən çıxarılacaq”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid - 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransda bildirib.
O qeyd edib ki, 2020-ci ildə əmək münasibətləri və məşğulluq alt sisteminin yaradılmasına başlanılıb:
“Proses bütünlükdə ölkənin həm əmək qanunvericiliyinin, məşğulluq siyasətinin və kitab inzibatçılığının böyük ölçüdə elektronlaşdırılmasına zəmin yaradacaq”.
O qeyd edib ki, ezamiyyə vərəqələri, kağız üzərində əmrlər, ştat cədvəlləri, digər kağız daşıyıcıları ləğv edilərək, elektron müstəviyə keçirilməsi planlaşdırılır.