Axtarış...

“Azərbaycana “Pfizer” yox, Çin peyvəndi gətirilməsi mənim üçün şübhəlidir” - QALİB ƏSƏDOV

“Azərbaycana “Pfizer” yox, Çin peyvəndi gətirilməsi mənim üçün şübhəlidir” - QALİB ƏSƏDOV


“Necə olur ki, Gürcüstanda, İsraildə bu vaksini saxlamaq üçün soyuducular təşkil edilir, bizdə yox?”

“Bu qərarlar insanları koronavirusdan daha dəhşətli zərər verir. O cümlədən təhsili iflic etmək, məktəbləri bağlamaq bu nəslin fəlakətidir. Bu gün anatomiya, fiziologiya fənnini keçməyən həkimlər yetişdirilir. Bu gün əlifbanı öyrənə bilməyən uşaqlar yetişir. Gələcəkdə oxumaq-yazmağı bilən adamları barmaqla göstərəcəklər”

Koronavirus pandemiyası üçün Çində istehsal edilmiş peyvəndlərin ilkin partiyası Azərbaycana gətirilib. Hazırda ölkəyə gətirilən peyvəndlərın xəstəliyin qarşısının alınmasında 50,4% etibarlı olduğu bildirilir. Bu göstərici əsasında peyvəndlənməyə qarşı hansı mövqedən çıxış etməliyik, peyvəndin yan təsiri və fasdaları ola bilərmi? Bu məsələlərlə bağlı həkim Qalib Əsədovla danşıdıq.

– Qalib müəllim, Türkiyədə və Azərbaycanda istifadəsinə başlanacaq Çinin “Sinovac Biontech” şirkətinin istehsal etdirdiyi koronavirus peyvəndinin Braziliyada aparılmış son mərhələ testlərdə 50.4% təsirli olduğu açıqlanıb. Təsir gücü yarıbayarı olan peyvənddən sitifadə nə qədər məntiqlidir?

– Düzü, o peyvəndlərlə bağlı müxtəlif fikrilər var. Müxtəlif elmi-tədqiqat institutlarından verilən nəticələr də müxtəlifdir. Sizə deyim ki, həkimlər özləri çaş-baş qalır ki, nə daha yaxşı olardı. Sadəcə, bir faktla qarşılaşdım və o mənim gözümdən qaçmadı. İsrail, Avropa dövlətləri, o cümlədən Gürcüstan “Pfizer” peyvəndini seçib. Digər ölkələr, o cümlədən ərəb ölkələri, Türkiyə və Azərbaycan Çin istehsalı peyvənddən istifadə edəcəklər. Bu, mənim üçün şübhəli qalan məqamlardır. İsraillə ərəb ölkələri isti iqlim baxımından yaxın coğrafiyada yerləşirlər. Amma İsrail “Pfizer” peyvəndini seçib, ərəb ölkələri yox. “Pfizer” peyvəndini isə mənfi 70 dərəcə temperaturda saxlamaq lazımdır. Necə olur, Gürcüstanda o şərait var, İsraildə o şəraiti yarada bilirlər, bizdə niyə o şəraiti yarada bilmirlər? Bax, bu mənim üçün şübhəli məqamlardan biridir.

– Ümumiyyətlə, eyni xəstəliyə qarşı peyvənd neçə dəfə vurulmalıdır? Belə praktika varmı və iki dəfə istifadə zərərli deyilmi?

– Peyvənddən peyvəndə fərqlidir. Tutaq ki, qrip vaksini hər 6 aydan bir vurulmalıdırsa, amma çiçək üçün olan vaksin bir dəfə vurulur və ömrün sonuna qədər immunitet yaranır. Xəstəliyə görə peyvəndlər arasında fərqli taktika, fərqli yanaşma ola bilər.

– Braziliyada tətəbiq edilən peyvəndləmə prosesinin gedişində ilk mərhələ testlərində peyvəndin 78% təsirli olduğu təyin edilmişdi. İndi isə məlum olur ki, peyvənd 50,4 % təsirlidir. Bu nə ilə bağlı ola bilər? Məsələn, virusun mutasiyası ilə bağlı ola bilərmi?

– Yox, mutasiya ilə bağlı deyil. Əgər virusa qarşı antitel yaranıbsa həmin virusun bütün ştamlarına qarşı güclüdür, təsirlidir. Sadəcə, müxtəlif ölkələrdə fərqli nəticələr verirlər. Adamı da çaşdıran budur. Amma bizim istinad etdiyimiz əsas nöqtə Ümumdünya Səhiyyə Təşkilatıdır. Onun tövsiyyələrini əsas tuturuq. ÜST “Pfizer” peyvəndini təsdiq edib. Təsdiq olunub ki, bu peyvənd üçüncü mərhələdən keçib. İnsanlar üzərində sınaqdan keçirilib. Artıq sübut olunub ki, bu peyvənd mlum xəstəliyə qarşı immunitet yaradıb. ÜST-nın protokolunda “Pfizer” tövsiyyə olunub və maraqlıdır ki, Gürcüstan, İsrail, Avropa dövlətləri bu peyvəndi istifadə etdiyi, hətta BƏƏ-nin başçısı özü üçün “Pfizer” vaksinini nəzərdə tutduğu halda digər sıradan insanlar üçün Çin vaksinini nəzərdə tutub. O cümlədən də Türkiyə və bizdə də Çin vaksini nəzərədə tutulub. Mənim əsas şübhəli qaldığım məsələ budur ki, necə olur Gürcüstanda, İsraildə bu vaksinin saxlamaq üçün soyuducular təşkil edilir, bizdə yox? Bizdə də bu soyuducular təşkil oluna bilər. Elə ÜST-ün tövsiyyəsinə əməl olunsun.

– Dediyiniz halın səbəbləri nədən qaynaqlana bilər?

– Səbəb çox şey ola bilər, amma dəqiq bilmədiyim şeyi mediaya deyə bilmərəm axı. Ya çıxıb Çin peyvəndinin seçilməyinin səbəblərini izah etməlidirlər xalqa, ya da yeganə arqument bu ola bilər ki, “Pfizer”i mənfi 70 dərəcədə saxlamaq lazımdır. Bizdə o soyuducular yoxdur. Çin vaksinini adi şəraitdə də saxlamaq olar. Onun daşınması daha asandır. Amma “Pfizer” keyfiyyətlidirsə və digər dövlətlər onun saxlandığı soyuducuları ala bilirlərsə, biz niyə ala bilməyək ki?! Yəni bu məsələyə dövlət pul ayırıb, koronavirusla mübarizədə dövlət müvafiq təşkilatlara kifayət qədər əlindən gələni yardımı edir. Sadəcə, bu təşkilatların vəzifəsi budur ki, bu işi adekvat şəkildə, optimal şəraitdə təşkil etsinlər.

– Virusun qarşısını almaq və ya təsirini azaltmaq üçün prosesin əvvəlində dövlət tərəfindən hansısa profilaktik tədbirlər görülə bilərdimi? Məsələn, immunitetin gücləndirilməsi üçün əhalyə vitamin əlavəsi paylanılması kimi…

– Pandemiya başlayandan sonra 3 ay kifayət idi ki, modul tipli xəstəxanalar tikilsin, müvafiq dərmanlar gətirilsin, müəyyən ixtisaslı kadrlar hazırlayaq. 3-4 aydan sonra karantin rejimini tam dayandırmaq lazım idi. Əgər 3-4 aydan sonra karantin rejimini açsaydıq kollektiv immunitet formalaşacaqdı. Bu gün karantin tətbiq etməyən ölkələrin – Belarus, İsveç, Cənubi Koreyanı vəziyyətinə baxsaq görərik ki, bu müddətdən sonra karantini yumşaltdılar. Belarus heç karantin tətbiq etmədi. İngiltərədə də karantin tətbiq olunmadı. 1 milyon yoluxma sayına görə bizdəkindən qat-qat azdır. Qat-qat az. Cənubi Koreyada 51 milyon əhali var, virusdan ölənlərin sayı 600-700 nəfərdir. Bizim 10 milyon əhalimiz var, nə qədər insan ölüb. Çünki kollektiv immunitet yaranmasına karantin mane olub. Çox təəssüf edirəm ki, bu gün biz karantinin ağırlığını yaşayırıq. Dünyanın heç bir yerində sms-lə evdən çıxıb harasa getmək məsələsi yoxdur. Dünyanın heç bir yerində ölkədaxili gediş-gəlişi məhdudlaşdırmaq qərarı yoxdur. Mən bilmrəm bu absurd qərarları kim verir. Azərbaycanın bütün rayonlarında koronaviruslu xəstələr var. Niyə rayonlara gedib-gələyi məhdudlaşdırdılar? Nədən geyim dükanları və yaxud maşın düzəldən yerlər bağlıdır? Bunlar absurd qərarlardır. Bu qərarlar insanları koronavirusdan daha dəhşətli zərər verir. O cümlədən təhsili iflic etmək, məktəbləri bağlamaq bu nəslin fəlakətidir. Bu gün anatomiya, fiziologiya fənnini keçməyən həkimlər yetişdirilir. Bu gün əlifbanı öyrənə bilməyən uşaqlar yetişir. Gələcəkdə oxumaq-yazmağı bilən adamları barmaqla göstərəcəklər. Mən heç cür qəbul edə bilmirəm bu qərarları. Bunlar nə qərarlardır…

– Haqlısınız, bu dedikləriniz çox ciddi məsələlərdir…

– Mən bilsəm ki, bu karantinin virusla mübarizədə bir balaca təsiri var, anlayışlı yanaşaram. Amma bu qərarın virusla mübarizədə nə təsiri var? Çimərliyi yayda bağlamağın virusla mübarizəyə nə təsiri var? Biri mənə bunu izah etsin. Çimərlik açıq havadadır, immuniteti gücləndirir virusa qarşı. Yaxud çimərliyi yayda bağlayıb, qışda açırlar. Restoranları bir dəfə payız aylarında açdılar, insanlar tanımadıqları adamlarla eyni məkanda yemək yeyirlər. Amma 50 nəfər öz qohum-qardaşı ilə ad günü keçirirsə bunu tuturlar, ifşa edirlər. Onsuz da ora yığılan yaxın qohumlardır. Onsuz da qohumlarla hamı yaxın təmasdadır. Buna icazə vermirlər, amma restoranlarda yad adamlara icazə verirlər. Mən anlamıram buradakı məntiqi. Bilmirəm Operativ Qərargahda bu qaydalar kim tərəfindən yaradılır, niyə yaradılır, amma insanları dövlətdən narazı salmağa yönəlmişdir. Qəsdən edirlər ki, camaat öz hökumətindən, öz dövlətindən narazı qalsın. Biz bu boyda qələbə çalımışıq, neçə illik arzumuz reallaşıb. Erməni ordusunu darmadağın etmişik. Zəfər gününü belə ürəkdolusu qeyd etməyə icazə vermədilər. Niyə belə edirlər hansı məqsədlə edirlər anlaya bilmirəm.

– Mən bu brədə sual verəcəkdim. Sizə elə gəlmirmi ki, pandemiyanın virusoloji zərərilə birgə psixoloji zərəri daha çox oldu? İnsanlara gərginlik və sarsıntı ilə müşayiət olunan həyat gətirdi. Üstəgəl, işsizlik də, bahalaşma da nsanlara psixoloji neqativ təsir edir ki, bu da insanları nəinki koronavirus, hətta digər xəstəliklər qarşısında immunitet dözümsüzlüyünə gətirir. Bu durumdan çıxmaq üçün hansı reabilitasiya işləri görülməlidir?

– Hələ qədim dövrdə dövlət başçıları insanları idarə etməkdən ötrü onlarda pozitiv emosiya yaratmağın əhəmiyyətli olduğunu bilirdilər. Keçmişdə qədim Romada qladiator döyüşləri keçirilirdi. Sonra başladılar dövlət müstəqilliyi kimi və s. bayramları tarixdə təsbit etməyə. Müxtəlif adlar altında bayramlar yaratdılar ki, hər bir aydan bir, iki aydan bir hansısa səbəblər altında insanlar sevinsinlər, pozitiv emosiya yaransın. İnsan sevinəndə pozitiv emosiya ətrafdakılara qarşı mərhəmətli olur, qayğıkeş olur, mehriban olur, heç kimin xətrinə dəymək istəmir, cəmiyyətdə daha çox birlik olur, həmrəylik olur. Elə Novruz bayramını götürək, ya da qələbə çalanda. Gördünüzmü qələbə xəbərindən sonra insanlarımız bir-birilə necə mehriban idilər? Maşın qəzasından sonra düşüb bir-birilərini qucaqlayırdılar. Çünki pozitiv emosiya ilə neqativ emosiya balans təşkil etməlidir. Əgər neqativ emosiya üstünlük təşkil edirsə, hansı ki, bizdə bu gün pozitiv emosiyanı, sevinməyi qadağan ediblər, aqressiya, depressiya əmələ gəlir, cinayət çoxalır, insanlar bir-birinə qarşı olduqca qəzəbli olurlar. Biz sosial şəbəkələrdə bunu son zamanlar çox aydın müşahidə edirik. İnsanlar azacıq səhv edəndə digərləri onu linç etməyə başlayırlar. Təhqir etməyə başlayırlar. Bu gün təhqirin, söyüşün artmağının səbəbi də bu neqativ emosiyalardır. İnsanlar çox aqressivdirlər. Depressiyadadırlar. İşsizlik, bahalaşma də bunu bir tərəfdən körükləyir. Kompensasiya üçün pozitiv emosiyanı artırmaq lazımdır. Pozitiv emosiyanı artıqmaq üçün iş yerlərinin bərpası, insanların əvvəlki həyatına qaytarılmasını təmin etmək lazımdır. Adamı ad günüdə həbs etmək nə deməkdir?! Hansısa ucqar dağ kəndində qıza elçi gəlib, stol arxasında on nəfər adam var, onları qatı cinayətkar kimi ifşa edirlər. Yaxud bu yaxında müəllimə iki nəfər şagirdə dərs keçir, savad öyrədir, bilik öyrədir, bu müəlliməni necə həbs etdilər. Müəllimə müqəddəsdir. Müəlliməyə qarşı bu cür davranmaq olmaz. O, uşaqlara savad öyrədirdi. Yəni belə şeylərin kökü qəti şəkildə kəsilməlidir. İnsanlara pozitiv emosiya almaq üçün imkan yaradılmalıdır. Bir azdan ölkədə cinayət artacaq. Hamı bir-birinin qanını içməyə hazırdır. Dalaşmağa bəhanə axtarırıq. Mən ixtisasca nevroloqam. Şəxsən mənə bununla bağlı müraciət edən xəstələrin sayı da həddən artıq çoxalıb. Gələn xəstələr depressiya, əsəb pozğunluğu şikayəti ilə müraciət edirlər.

– Konkret olaraq çıxış yolunu nədə görürsünüz?

– Çıxış yolu əvvəlki həyatımıza qayıtmaqdır. Karantin rejiminin heç bir əhəmiyyəti yoxdur. Adicə bir misalı deyim. Bu pandemiya müddətində dünya üzrə koronavirusdan vəfat edən şəxslərin sayı 1,7 milyon nəfərdir (Əgər verilən rəqəmlər həqiqətə uyğundursa və digər xəstəliklərdən vəfat edənlər koronavirusdan ölənlər kimi siyahıya alınmayıbsa…-müəl.). Avtomobil qəzasından ölənlərin sayı bundan qat-qat çoxdur. Onda biz avtomobilə minməyək? Yaxud vərəmədən, xərçəngdən ölənlərin sayı koronavirusdan ölənlərin sayından qat-qat çoxdur. O biri xəstəliklərə qarşı belə hay -küy yaradılmayıb, koronairusa qarşı hay-küy qəsdən yaradılır. Anlayıram yeni xəstəlikdir, amma sizi inandırım ki, test kütləvi qoyulsa görərik ki, bu, deyildiyi qədər də təhlükəli xəstəlik deyil. Bizdə ona görə ölüm sayı çoxdur ki, müalicə vaxtında olmur. İlkin etapda müalicə yanlış gedir. Ona görə xəstələr xəstəxanaya gələndə artıq ağırlaşmalarla gəlir. Əgər bizdə testin cavabı 7 gündən sonra gəlirsə, bu o deməkdir ki, bu xəstə 7 gün müalicəsiz qalıb. Nəticədə ağırlaşma ilə xəstəxanaya gəlib. Yəni diqnostikanı, müalicəni düzgün təşkil etmək lazımdır, karantini yox. Səhiyyə orqanları müalicəni təşkil edə bilmir, günahı qoyur vətəndaşın boynuna ki, vətəndaşımız məsuliyyətsizdir. Vətəndaş məsuliyyətsiz deyil. Əskinə başqa ölkələrlə müqayisədə bizim vətəndaşımız qanuna ən çox tabe olan insanlardır. Britaniyada bu virusun yeni ştamı meydana çıxanda istədilər ki, Londonda yumşaq karantin tətbiq etsinlər. Gördünüzmü insanlar necə narahat oldular, necə reaksiya verdilər… Hökumət karantin tətbiq edə bilmədi. Biz 10 aydır bunu yaşayırıq. İnsanımız 10 aydır bu karantin rejimində yaşayır. Daha vətəndaş bundan məsuliyyətli olub nə etməlidir ki… İşi təşkil edə, işi qura bilmirlər, günahı da qoyurlar vətəndaşın üstünə.

Hurriyyet.org
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz