Axtarış...

Lerik Təhsil Şöbəsinin açıqlanması həqiqəti əks etdirirmi? - İDDİA

Lerik Təhsil Şöbəsinin açıqlanması həqiqəti əks etdirirmi? - İDDİA
"2021-ci il yanvarın 11-də dia.az saytında “Lerik Rayonunun Təhsil Şöbəsinin müdiri niyə qaçıb? – İTTİHAM” başlığı ilə dərc edilmiş yazıya (http://www.dia.az/8/278315-lerik-rayonunun-tehsil-shobesinin-mudiri-niye-qachib.html) Lerik Rayon Təhsil Şöbəsi tərəfindən bu gün heç bir fakta söykənməyən açıqlanma verilmişdir". DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza daxil olan cavab məktubunda qeyd olunur.

Qeyd edək ki, az əvvəl dünənki yazımıza cavab olaraq qarşı tərəfin fikirlərini dərs etmişdik: http://www.dia.az/8/278471-lerikli-memurla-bagli-ittihamlara-cavab-verildi.html

İndi isə iddia səsələndirən tərəf öz cavabını təqdim edib və dia.az olaraq həmin mətnin davamını diqqətinizə çatıdırırq: "Təhsil Şöbəsi müdiri Zöhrab Salayevin rayonun ümumtəhsil məktəblərindən Silahlı Qüvvələrə Yardım Fondu üçün pul yığılmasını tapşırması barədə məlumatlar həqiqətə uyğun deyilsə o zaman bir müəllim kimi suallarımın da konkret cavabları olmalıdır.

Təhsil şöbəsi tərəfindən açığlamada göstərilir ki, "Həmin yazıda qeyd olunanlarla əlaqədar bildiririk ki, Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqının işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə başladığı Vətən müharibəsi dövründə Lerik Rayon Təhsil Şöbəsinin müdiri rayonun bir qrup əməkdaşları ilə birgə Füzuli bölgəsinə gedərək hərbçilərlə görüşmüş, onlara maddi və mənəvi dəstək olmuşlar.

Suallarımı bir başa təhsil şöbəsinin müdrinə ünvanlamağ istəyirəm. Fizuliyə gedərəkən nə qədər yardım etmisiz? Etdiyininiz yardımları konkret hansı vəasitlə almısız? Təhsil şöbəsinin müdrünün aylıq əmək haqqısı 700-800 manatdır. Axı aylıq əmək haqqınızdan da çox vəasait xərcləyibsiniz, bunu sosial şəbəkələrdə də paylaşıbsınız. İşlədiyim Günəşli məktəbindən topladığınız vəasitlə neçə bağlama ərzaq payı ala bilmisiz? Bunu niyə gizlədirsiz? Bizim veriyimiz vəsaitləri də öz adınıza çıxarmağınız nə dərəcə doğrudur? Sizin həqiqətən da orduya dəstək kimi təmiz niyyətiniz olsaydı özünüz pulu fonda köçürə bilərdiniz. Təhsil sahəsində işçilərin özləri könüllü şəkildə fonda öz ianələrini köçürməyinə niyə etiraz etdiniz o zaman? Məgər siz fondun idarə heyyətindən çoxmu bilirsiz müharibə zamanı ən çox nəyə zəruri ehtiyac vardır? Topladığınız vəasitin hamsınamı ərzaq alıb apardınız? Elə idisə Lerikdən Tırlarla cəbhəyə yardımlar getməli idi. Bəs o Tırları niyə görən olmadı? 20-30 bağlama aparıb onunla selfi çəkməkləmi silmək istəyiriniz yığdığlarınızı? Səngərdə düşmənlə üz-üzə durub, hər saniyə ölümü gözü önünə gələn, bizi 30 ilik xəcalətindən xilas edənlərin haqqını mənimsəyən hər kim olur olsun Erməni xislətinə sahibdir.

Sonda bu məsələnin həqiqətə uyğun olub olmamasının aradırılması üçün Lerikin ümumtəhsil məktəblərində işləyənlər arasında anket sorğu keçirilməsini təklif edirəm".

Dia.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz