Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Seyidağa Kazımov bazar qaydaları ilə işləyir. Bu fikri facebook-da Zahid Məmmədli yazıb. Onun sözlərinə görə, məktəb direktorları rüşvətlə təyin olunurlar.
“Təhsil Nazirliyinin bəh-bəhlə keçirdiyi diaqnostik qiymətləndirmədə iştirak etməyənlər və ya iştirak edib müvafiq balı yığa bilməyənlər, direktorlarin işə qəbul imtahanlarında iştirak etməyənlər, iştirak edib müvafiq bal yığmayanlar daxili əmrlə, müqavilə ilə vəzifəyı təyin olunurlar.
Saatlının Qazanbatan kənd orta məktəbinin direktoru, əmək təlimi müəllimi, müəllimlərin diaqnostik qiymətləndirilməsindən keçməyən, direktorlarin işə qəbul imtahanlarında iştirak etməyən, Tarix fənninə aid 14 saat dərsini 1000 manat rüşvətlə MirCəlal kənddən gələn müəllimə satıb.
Təhsil şöbəsi müdiri Seyidağa Kazımov Maliyye İdarəsinin Büdcəyə Nəzarət Şöbəsində işləyən oğlunun birbaşa əliylə orta məktəblərin cari əsaslı təmir-tikintisinə ayrılmış dövlət büdcəsini smetada rəqəmləri şişirdərək talayırlar.
Onun göstərişi ilə məktəblərdə fakültativ və bu kimi dərs saatları “ölü canlara” satılıb. Məktəblərin texniki işçilərinin ştat cədvəlinde “ölü canlar” və maaş kartları mövcuddur.
Məktəb direktorları Seyidağa Kazımova aylıq xərac verirlər. Məktəblərdə qəzet, jurnal, dəftər, fond, süpürgə, təbaşir, odun pulu yığılır. O, Bakıda yüksək vəzifədə onu himayə edən qohumu olduğunu bildirir”.
Bir neçə ay əvvəl isə Saatlının Novruzlu kənd ümumi orta məktəbinin müəllimi Həsənov Əlisa Əzizağa oğlu sozcu.az saytı vasitəsi ilə dövlət başçısı İlham Əliyevə müraciət etmişdi.
Məktubda deyilirdi ki, 2016- cı il tarixdə Saatlı rayon Təhsil şöbəsinin müdir vəzifəsini “zəbt edən” Seyidağa Kazımov bir çiynində seyid “rütbəsi”, bir çiynində isə həcc “rütbəsi” gəzdirdiyi üçün onun əlindən, ayağından öpən, ona “biət” edən emmisarlarını başına yığıb rayonda, eləcə də ölkəmizin dövlət idarələrini “zəbt etmək” vəzifəsini öhdəsinə götürüb.
“Kazımov müdir vəzifəsini “zəbt” etməzdən əvvəl, TŞ-nin Psixoloji Tibbi Pedoqoji Komisiyasının (evdə təhsil) sədri işləyəndə xəstə uşaqların evdə təhsilə cəlb olunanların sayı 170-ə yaxın olduğu halda, hansı müalicələrdən sonra evdə təhsilə cəlb olunanların sayı hal-hazırda 60-a enib?
Kazımov Direktorların işə qəbul imtahanında iştirak etməyən, müəllimlərin diaqnostik qiymətləndirmə imtahanında 60 sualın 10-na cavab yazan bir müəllimi hansı zərurətdən məktəb direktoru təyin edir?!
O da maraqlıdır ki, Seyidağa Kazımov müdir vəzifəsini “zəbt”etdikdən sonra Təhsil Naziri tərəfindən işində yol verdiyi nöqsanlara görə üç dəfə töhmət alıb. O, Abşeron rayonunun Buzovna qəsəbəsində dəniz sahilində milyon manatla ölçülən villanı da “zəbt” edib.
Hətta təbiətimizin nadir quş və heyvanlarını da “zəbt” etməyi də yaddan çıxarmayıb. O da yaddan çıxmayıb ki, kənd sakinlərinin saxladıqları heyvanların hektarlarla örüş yerini də zəbt edib. Oğlu Tahir Kazımovu Saatlı Rayon Maliyyə idarəsinə yerləşdirməyə nail olub”.
Bu ittihamlara cavab olaraq münasibətini dərc etməyə hazırıq.
XalqXeber.Az