Axtarış...

Azərbaycan vətəndaşları Ermənistana vizasız səfər edə bilərlər - FOTO

Azərbaycan vətəndaşları Ermənistana vizasız səfər edə bilərlər - FOTO


Ermənistan XİN-in rəsmi saytında edilmiş dəyişiklik geniş müzakirə mövzusuna çevrilib.

Belə ki, XİN-in rəsmi saytında vətəndaşlarının Ermənistana vizasız səyahətinə icazə verilən ölkələr arasında Azərbaycan da yer alıb.

Saytda Azərbaycan vətəndaşları üçün viza müraciəti etmək istədikdə “Ermənistan Respublikasına səfər zamanı seçilən ölkənin vətəndaşlarına bütün pasport növləri üzrə vizasız rejim fəaliyyət göstərir” qeydi ortaya çıxır.

Ermənistan XİN-in saytında həmçinin qeyd olunub:

“Seçilmiş ölkənin vətəndaşları bir il ərzində 180 gündən çox olmayaraq, Ermənistan Respublikası ərazisində qala bilərlər. Vətəndaşın pasportu Ermənistan Respublikasında olduğu müddət ərzində etibarlı olmalıdır”
Azərbaycan vətəndaşları Ermənistana vizasız səfər edə bilərlər - FOTO
Azərbaycan vətəndaşları Ermənistana vizasız səfər edə bilərlər - FOTO


Daha çox xəbər

Şərh yaz