Axtarış...

Türkiyə XİN: Ermənistan rəhbərliyi ağıllarını başlarına yığmalıdır


MilliTV.az
Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına cavab verib.

“Report” xəbər verir ki, bəyanat Türkiyə XİN-in rəsmi saytında dərc edilib.

Bəyanatda deyilir: “Ermənistan Azərbaycana qarşı təcavüzkar fəaliyyətini ört-basdır etmək üçün indi də Türkiyəyə qarşı riyakar bir qarayaxma kampaniyasına cəhd etdiyi müşahidə olunur. Azərbaycan torpağında illərdir qeyri-legitim bir işğalı davam etdirən Ermənistanın bu ikiüzlü mövqeyi Cənubi Qafqazda daimi sülh və stabilliyin qurulmasının qarşısındakı əsl manenin kim olduğunu da açıq və dəqiq şəkildə göstərib.

Kontekstdən kənar tərzdə ittihamlar və iftiralarla xarici siyasət yrütmək nə bölgəyə, nə Ermənistanın fayda verər.

Bu yanaşma kimliyini təktərəfli bir tarix anlayışından sadəcə ədavət çıxararaq yaradan və beynəlxalq hüquqa zidd aqressiyasını legitim göstərməyə çalışan bir zehniyyətin təzahürüdür. Təcavüzkar millətçiliyi alovlandıran bu mövqe üzücüdür, ancaq təəccüblü deyil.

Ermənistan rəhbərliyinin ağıllarını başlarına yığması və Cənubi Qafqazda problemlərin deyil, həllərin parçası olmağı dərhal öyrənmələri lazımdır”.

Qeyd edək ki, ötən gün Ermənistan XİN Türkiyəni Azərbaycanı açıq şəkildə dəstəkləməkdə ittiham edib.[h1][/h1]
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz