Axtarış...

Korona xəstəsinin tüpürcəyini pulla alıb, müdirinin çayına qatdı – Ağlagəlməz OLAY




Türkiyənin Adana şəhərində koronavirusla bağlı ağlagəlməz olay baş verib.

Avtomobil salonunda işləyən İbrahim Ünverdi maşın satışından əldə olunan 215 min lirə pulu Ramazan Ç adlı işçisinə verərək, ofisə aparmasını istəyib.

Lakin Ramazan pulla birgə yoxa çıxır və bir neçə gün sonra pulu borcu olduğu üçün xərclədiyini bildirib.

Polislə birgə ofisə gəlib, məsələni aktlaşdıran İbrahimə digər işçilər başqa dəhşətli məqamı etiraf ediblər.

Belə ki, Ramazan Ç həmin gün ofisə gəlib, müdirinin içki və çayına nəsə qatıb. Məlum olub ki, o, koronaviruslu xəstədən 500 lirəyə tüpürcək alıb və müdiri yoluxdurmaq niyyətilə onun içkisinə qatıb.
Bu yolla o müdirini yoluxdurub, xəstəxanaya salmaq və ya öldürmək məqsədini güdüb.

Polislər bu vaxta kimi belə öldürməyə qəsd metodu görmədiklərini bildiriblər.Medicina.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz