Axtarış...

3 rayonun sakinləri 190 manatı ala bilmirlər: - Şəhərə buraxılmırlar

Göyçay, Ucar və Ağdaş sakinləri 190 manat dövlət yardımını “Muğanbank”dan ala bilmirlər.

Səbəb bankın tək filialı və bankomatının İsmayıllıda olmasıdır. Həmin rayon isə karantin bölgəsi olduğundan kənardan gələnlər ora buraxılmır.

Bu barədə Cebhe.info-ya Göyçay sakinləri şikayətləniblər. Sakinlərinə dediyinə görə, dövlətin maddi yardımını bankdan götürə bilmədikləri üçün əlacsız durumdadırlar.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, məsələni birbaşa “Muğanbank” həll etməli və yardım alacaq sakinlərə kömək göstərməlidir.

“Muğanbank”dan isə bildirilib ki, ən yaxın filial İsmayıllı şəhəri Babək küçəsi 15 A ünvanında yerləşən “İsmayıllı” filialıdır:

“Müvafiq yardımları yalnız “Muğanbank” bankomatından əldə edə bilərsiniz”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz