Axtarış...

“Ağdam Kənd Təsərrüfatı” MMC-yə İTTİHAM - Pambıqla baş kəsənlər...

Ağdam rayonunun Sarıcalı kənd sakini Sadıqov Mobil Əhəd oğlu Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Kamran Əliyevə ünvanlı (Surəti: “Təzadlar” qəzeti redaksiyasına olmaqla) şikayət ərizəsinin bir surətini və əlavə edilmiş sənədləri redaksiyamıza təqdim edib. Şikayət ərizəsində deyilir:
Hörmətli Cənab Baş Prokuror!
Hörmətli redaksiya!
Ağdam rayonunun Sarıcalı Bələdiyyəsinin 06 saylı 17 yanvar 2018-ci il tarixli arayışına əsasən, mənə bələdiyyə torpaqları hesabından pambıq bitkisinin əkilməsi məqsədi ilə 7 (yeddi) hektar ərazi ayrılmışdır. 18 yanvar 2018-ci il tarixdə “Ağdam Kənd Təsərrüfatı” MMC ilə (direktor Əliyev Sahil Allahverən oğlu) aramızda 7 ha ərazidə pambıq bitkisi əkib-becərməyimə dair 74 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. 2019-cu ilin noyabr-dekabr aylarında “P-Aqro” MMC-nin hüquq şöbəsindən edilmiş telefon zəngində mənim Cəmiyyətə 8318.21 manat borcum olması barəsində şifahi xəbərdarlıq edildi.

«Sənədlərdə 7 ha əkin sahəsi göstərilsə də, sən demə, sonradan “Ağdam Kənd Təsərrüfatı” MMC-nin direktoru Əliyev Sahil Allahverən oğlu tərəfindən saxtalaşdırılmış, 16 ha göstərilmişdir»

Bununla bağlı mən Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “P-Aqro” MMC-nin baş ofisinə getməyə məcbur oldum. Axı mənim borcum ola bilməzdi. Beləcə, araşdırma nəticəsində məlum oldu ki, “Ağdam KT” MMC ilə imzaladığım 18.01.2018-ci il tarixli 74 saylı müqavilədə sənədlər üzrə 7 ha əkin sahəsi göstərilsə də, müqavilə mənim xəbərim olmadan sonradan “Ağdam Kənd Təsərrəüfatı” MMC-nin direktoru Əliyev Sahil Allahverən oğlu tərəfindən saxtalaşdırılmış, əkin sahəsi 16 ha göstərilmişdir. Bundan əlavə, mənim nəzərdə tutduğum 7 ha sahədə “Aqrolizinq” ASC və “Ağdam KT” MMC-nin səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş texniki və aqrotexnik işlərinn aktları da əlavə olunaraq 9 ha artırılmış, ümumilikdə, guya 16 ha sahədə əkin işləri aparılmışdır. Hansı ki, bu aktaların çoxunda mənim şəxsən imzam yoxdur, kim və ya kimlər tərəfindən mənim əvəzimə imzalar edilmişdir, bilinmir (Saxta aktların surəti əlavə edilir).
Cənab Baş Prokuror! Qeyd edim ki, üzləşmə aktında 13 ha sahədə maşınla pambıq yığımı göstərilmiş və bu xidmətə görə də 1300 manat dəyərində mənə əlavə borc yazılmışdır.
Bu azmış kimi, Pambıq Qəbulu Qəbzləri üzrə 13 ha sahədən 3835 kq xam pambıq yığılıb təhvil verilməsi göstərilmişdir ki, bu ciddi hesabat blankalarından yalnız birində mənim şəxsən imzam vardır. Pambıq yığımı zamanı ailəm xəstə olduğu üçün mən həmin müddətdə qısa vaxt olaraq Bakı şəhərində oldum və yığımda qismən iştirak etdim. Pambığın az olması ilə bağlı iradımı bildirdikdə, “P-Aqro” MMC-nin Ağdam filialının direktoru və digər səlahiyyətli nümayəndələri bildirdilər ki, sahələrdə nə qədər xam pambıq var idisə hamısı maşınla yığıldı, təhvil verildi və MMC tərəfindən çəkilmiş bütün xərclərin silinməsi haqqında mənə şifahi məlumat verdilər. Mən də bu məlumata inanmışdım. İnandığıma görə də bu günə kimi heç yerə bu barədə müraciət etməmişəm. Müqavilə şərtlərinə uyğun olaraq hər hektardan ən azı 20 sentiner pambıq yığılıb təhvil verilməliydi. Əgər 13 ha sahədən 3835 kq pabıq yığılmışsa ( hər hektara 295 kq, yəni təxminən 3 sentiner), belə çıxır ki, sahələrdə ümumiyyətlə, pambıq olmamışdır?! Halbuki 295 kq pambığın yığılması üçün isə pambıqyığan maşına ehtiyac olmamalı idi. Digər tərəfdən isə, bəs onda əlavə 3 hektar sahədən yığılan pambıq necə olmuşdur? Bu sualın cavabını da Sahil Əliyevdən və digər səlahiyyətli nümayəndələrdən tələb edirəm.

"Yaxşı, biz əliqabarlı fermerlər pambıq ziyanvericiləri olan qurdlara-sovkalara qarşı mübarizə aparaq, yoxsa cəmiyyətimizdəki bu ikiayaqlı ziyanvericilərə qarşı????"

Cənab Baş Prokuror!
Xatırladıram ki, bu böyük bir saxtakarlıq, korrupsiya əməlidir. Orta hesasbla mənim əkib-becərdiyim sahədən (7 ha nəzərdə tutulur) 15 sentner xam pabıq yığılıb təhvil verilmişdir ki, təhvil verilən 10500 kq pambıqdan ancaq və ancaq 3835 kq xam pambıq PQQ-də öz əksini tapır. Qalan 6635 kq (6635 x 0.65 manat = 4332.25 manat edir) xam pambığın özündən və dəyərindən xəbərim yoxdur. Əgər yığılmış xam pambıq bu qayda ilə 16 hektara hesablanarsa, onda orta hesabla mən 24000 kq xam pambıq təhvil verməliydim ki, bu xam pambığın da dəyəri 15600 manat etməliydi. Ümumilikdə, mənə “Ağdam KT” MMC tərəfindən 10.799.38 manat xərc çəkilmişdir ki, bu xərci də 16 ha sahədən yığılmış pambığın dəyəri ilə əvəzləşdirdikdə “Ağdam KT” MMC- nin mənə 4800 manat borcu yarandığı ortaya çıxır. Ancaq mən 08 fevral 2020-ci il tarixdə “Ağdam KT” MMC-nin hüquqi varisi “P-Aqro” MMC-dən yuxarıda qeyd etdiyim müqaviləyə əsasən 8318.21 manat borcun olması barəsində poçt vasitəsi ilə rəsmi xəbərdarlıq məktubu aldım. Bu xəbardarlıqdan sonra Ağdam rayon Məhkəməsi tərəfindən mənə rəsmi bildiriş gəldi və məlum oldu ki, “Ağdam KT” MMC-nin hüquqi varisi olan “P-Aqro” MMC tərəfindən 8318.21 manat borcun ödənilməsi ilə əlaqədar məhkəməyə iddia ərizəsi daxil olmuşdur. 10 iyul 2020-ci il tarixdə, saat 17:00-a təyin edilən məkkəmənin ilkin baxış iclasında yuxarıda qeyd etdiyim sənədlərin saxtalaşdırılması, bu saxatalaşdırma ilə əlaqədar məhkəmə ekspertizasının təyin edilməsini hakimdən xahiş etdim. Ancaq sənədlərin əsli olmadığına görə (qeyd edim ki, bu sənədlərin əsli “Aqrolizinq” ASC-nin Ağdam şöbəsindədir) hakim ekspertizanın təyin edilməsini rədd etdi. 19 avqust 2020-ci il tarixdə isə mənim iştirakım olmadan mənim əleyhimə 2(013)-834/2020 saylı sifarişli qətnamə çıxarılıb (qətnamənin surəti əlavə olunur).
Bir daha qeyd etmək istəyirəm ki, mənimlə “Ağdam KT” MMC arasında bağlanmış müqavilə saxtalaşdırılmışdır, görülən aqrotexniki işlərin həcmi (9 ha üçün) artırılmış, iş aktlarında imzalar saxtalaşdırılmış, borcun məbləği bu səbəblərdən (qeyd edim ki, mənim borcum yoxdur) şişirdilmişdir. “Ağdam KT” MMC-nin direktoru Əliyev Sahil Allahverən oğlu tərəfindən mənə təqdim edilən üzləşmə aktını imzalamaqdan imtina etdim, borcun silinməsini tələb etdim, ancaq səsimə səs verən olmadı.
Bu məqamı da nəzərə almağınızı xahiş edirəm.
2019-cu ilin noyabr-dekabr aylarında “P-Aqro” MMC-nin hüquq şöbəsindən edilmiş telefon zəngində mənim Cəmiyyətə 8318.21 manat borcum olması barəsində şifahi xəbərdarlıq edildim. Bununla bağlı mən Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “P-Aqro” MMC-nin baş ofisinə getdim. Ofisdə mənə zəng edən əməkdaş Nazim Orucovla görüşdüm (qeyd edim ki, bu şəxs məhkəmə prosesində özünü lap «cəllad» kimi aparırdı, borclu fermerlərə qənim kəsilmişdi). Araşdırma nəticəsində məlum oldu ki, “Ağdam KT” MMC ilə imzaladığım 18.01.2018-ci il tarixli 74 saylı müqavilədə sənədlər üzrə 7 ha əkin sahəsi göstərilsə də, müqavilə mənim xəbərim olmadan sonradan saxtalaşdırılmış, əkin sahəsi 16 ha göstərilmişdir. Yəni, “P-Aqro” MMC-nin rəsmiləri özləri də bunun şahidi oldular. Onlara izah verdim, sənədləri göstərdim ki, bu 9 ha artırılmış sahədə aparılmış işlərdə şəxsən mənim imzam olmamış, “Ağdam KT” MMC və «Aqrolizinq» ASC işçiləri tərəfindən sənəd saxtalaşdırılmaları aparılmışdır.
PAMBIQLA "BAŞ" KƏSƏNLƏR: BAŞ PROKURORUN DİQQƏTİNƏ!-YENİLƏNİR

Bu məqəsədlə cəmiyyətin əməkdaşı Nazim Orucovla direktor Azər Əlizadənin yanında oldum, başıma gələnləri danışdım. Azər müəllim çox səmimi qəbul edərək məni axıra kimi dinlədi, saxtalaşdırılmış sənədlərə baxdı, imzamı o sənədlərdə olan imzalarla tutuşdurub qeydlər apardı. Sonra o, “Ağdam KT” MMC-nin direktoru Sahil Əliyevin bu qanunsuz əməli ilə bağlı Ağdam İcra Hakimiyyətində hansısa rəsmi şəxsə telefonla zəng edib yaranmış vəziyyəti ona dedi. Həmin şəxs isə belə bir işin mümkünsüz olduğunu bildirdikdə Azər müəllim mənim onun yanında olduğumu, sənədlərə şəxsən özü tərəfindən baxdığını söylədi.
Beləcə söz verildi ki, 2020-ci ilin mart ayına kimi artıq yazılmış, saxta borcu ödətdirəcəklər. Ancaq bir ildən artıq vaxt keçməyinə baxmayaraq heç bir ödəniş edilməmişdir. Məhkəmə qərarı veriləndən sonra məlum məhkəmə qərarından Gəncə Apellyasiya Məhkəməsinə müraciət etmişəm. Pandemiya ilə əlaqədar proses təxirə salınmışdır.
Cənab Baş Prokuror!
Yaxşı, biz əliqabarlı fermerlər pambıq ziyanvericiləri olan qurdlara-sovkalara qarşı mübarizə aparaq, yoxsa cəmiyyətimizdəki bu ikiayaqlı ziyanvericilərə qarşı????
***
Redaksiyadan: şikayətçi Sadıqov Mobil Əhəd oğlu ilə təkrarən telefon əlaqəsi saxladıq. O, redaksiyaya Azərbaycan Respublikasının adıdan çıxarılmış
Ağdam rayon Məhkəməsinin (hakimi Məmmədov Rafiq Rəşid oğlu) 19 avqust 2020-ci il tarixli qətnaməsinin pdf formatda surətini göndərdi. Eləcə də bizə «Ağdam KT» MMC ilə bağlanmış AKT-ların surətlərini təqdim etdi. Hazırda həmin sənədlər Respublikanın tanınmış ekspertlərinə tərəfimizdən rəsmi qaydada təqdim edilmişdir, saxta olub-olmaması, imzaların oxşarlığı və kimə məxsusluğu və s. öyrənilir. Şübhəsiz ki, bu sənədlər həm də tərəfimizdən «KİV haqqında» Qanunun tələblərinə uyğun olaraq aidiyyəti hüquq mühafizə və digər dövlət orqanlarına göndərilməkdədir.
Hazırda, eləcə də “Ağdam Kənd Təsərrəüfatı” MMC-nin direktoru Əliyev Sahil Allahverən oğlu ilə də əlaqə saxlamağa çalışırıq...
(Davamı var) //tezadlar.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz