Axtarış...

3,7 milyon vergi borcu olan qalmaqallı xarici şirkət Azərbaycandan gedir



Böyük Britaniyanın “AMEC Services Limited” şirkətinin Azərbaycandakı filialı fəaliyyətini dayandırıb.

"MediaPost" Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, filial ləğv edildiyini elan edib. Kreditorlar iki ay ərzində tələblərini Xətai rayonu, Xocalı küçəsi, ev 37, mənzil n/a ünvanına bildirə bilərlər.

2001-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkətin qanuni təmsilçisi James Anthony Shaughnessydir. BP-nin subpodratçısı olan "AMEC" MMC-nin bir sıra qalmaqallarda adı hallanır. Şirkətin azərbaycanlı işçilərə qarşı diskriminasiyaya yol verdiyi bildirilir. 2010-cu ildən etibarən bu şirkətin yalnız əmək haqları ilə əlaqədar Azərbaycana vurduğu ziyanın 140 milyon dollar təşkil etdiyi deyilir.

"MediaPost"un əldə etdiyi məlumata görə, filialın dekabr ayının 23-nə olan cari vergi borcu 3,7 milyon manatdan çoxdur.
Text-to-Speech

DİNLƏ






Şərh yaz