Rusiya Federal Mühafizə Xidmətinin (FMX) polkovnik-leytenantı Moskvada intihar edib.
Bu barədə “RİA Novosti” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla bildirib.
Məlumata görə, Tsander küçəsində (Ostankino rayonu) Rusiya Federasiyası Federal Mühafizə Xidmətinin əməkdaşı, şöbə müdirinin müavini, polkovnik-leytenantın meyiti tapılıb.
Mənbənin dediyinə görə, zabitin evində son addımını könüllü atmağa qərar verdiyi barədə intihar məktubu tapılıb.
Buna baxmayaraq, hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparacaq.
FMX - əsas funksiyası prezident də daxil olmaqla yüksək vəzifəli məmurların, habelə federal orqanların binalarının təhlükəsizliyini təmin etəməkdir.