Rusiyanın paytaxtı Moskvada Prezident Qvardiyasının komandir müavini intihar edib. FaktXəbər-in məlumatına görə, bu barədə "Qovorit Moskva" radiostassiyası hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verib.
Müsahibin sözlərinə görə, 49 yaşlı zabitin cəsədi öz mənzilində aşkar edilib.
Həmçinin Rusiya DİN-nin mətbuat xidmətində bildirilib ki, hadisə ilə bağlı materiallar İstintaq Komitəsinə göndərilib.