Axtarış...

Kök hüceyrələrin orqan transplantasiyasının alternativi istiqamətində perspektivləri


Azərbaycan Tibb Universitetinin Cərrahi Xəstəliklər kafedrasının dosenti tibb elmləri doktoru Rasim Cəfərli


MilliTV.az

Müasir dövrdə tibbin müxtəlif sahələrinin sürətli inkişafının şahidi oluruq. Daha geniş şəkildə nəzər salsaq, xəstəliklərin müalicəsi əsasən profilaktik, terapevtik və cərrahi istiqamətlərlə aparılır. Hazırda isə dünyanın aparıcı elmi-tədqiqat mərkəzlərində müasir biotexnologiyalardan istifadə etməklə, kök hüceyrələrin həyat fəaliyyətinin öyrənilməsinə və klinikada tətbiqi məsələsinə xüsusi diqqət verilməkdədir.

Aleksandr A.Maksimov


Kök hüceyrələrin orqan transplantasiyasının alternativi istiqamətində perspektivləriİlk dəfə “Kök hüceyrə” barədə ümumi məlumatlar 1909-cu ildə
Almaniyada keçirilən konfransda A.A.Maksimov tərəfindən səslənmişdir. XX əsrin 70-ci illərində Fridenşteyn və Çertkov ilk dəfə kök hüceyrələrinin sümük iliyindən alınmasından sonra, bunların zədələnmiş toxumalara təsirinin öyrənilməsinə dair tədqiqatlara geniş miqyasda başlanmışdır. 1981-ci ildə amerikalı alim Martin Evans ilk dəfə embrional kök hüceyrələrini əldə edə bilmişdir.

Kök hüceyrələrin özəlliyi müxtəlif xəstəliklər zamanı onların müxtəlif hüceyrə növlərinə differensiasiyası, eləcə də özünü yeniləyə bilməsidir.Ümumiyyətlə kök hüceyrələrin orqanizmdə fizioloji rolu tikinti və təmirdir. Kök hüceyrələr müxtəlif səbəblərdən zədələnmiş toxumalara yönəlir. Həmin toxuma hüceyrəsinə çevrilərək onu əvəzləyir və ya parakrin xassələri hesabına regenerator proseslərini sürətləndirir.

Kök hüceyrələr adi hüceyrələrdən əsas fərqi onların çoxalması, differensasiyası qabiliyyəti və malik olan funksiyalarıdır.



Kök hüceyrələrin sayı insanın yaşam müddətində dəyişir. Əgər embrionda hər 10000 hüceyrəyə 1 kök hüceyrə düşürsə, 60-80 yaşı olan insanda bu nisbət 1 / 5-8 mln hüceyrəyə dəyişir. Bu da yaşlı insanlarda reqenerasiyasının zəifləməsinin səbəblərindən biridir.
Kök hüceyrələrin tibbdə hazırki dövrdə tətbiqi zədələnmiş toxumaların regenerasiyasının, morfofunksional vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılır.

Kök hüceyrələrə son illərdə artan diqqət ilk növbədə müxtəlif toxumaların bərpasına yönəlik müalicə vasitələrin yaradılmasıdır. Lakin bu məqsədlə aparılan işlər insan biologiyasının daha əhəmiyyətli xüsusiyyətlərinin aşkar edilməsini real edir. Bütün bunlar müxtəlif xəstəliklərin müalicəsində yeni yanaşmaların meydana çıxması ilə nəticələnə bilər.

Dünyanın aparıcı elmi-tədqiqat mərkəzlərində müxtəlif növ kök hüceyrələrin alınması, onların kultivasiyası (yetişdirilməsi) və ən əsası isə istiqamətli differensiasiya məqsədi ilə xüsusi araşdırmalar aparılır. Kök hüceyrələrin istiqamətli differensiasiyasının nail olunması orqan transplantasiyasına alternativ yarada bilər ki, bu da mövcud olan daimi defisiti aradan qaldıra bilər. Müalicəsi mümkün olmayan bir çox xəstəliklərin çarəsi tapıla bilər.
Belə ki, hazırda müasir təbabətin qarşısında aciz qaldığı bir çox neyrodegenerativ xəstəliklərin (Alzheimer xəstəliyi, Parkinson xəstəliyi, Xantinqton xoreyası), baş beyin və onurğa beyinin ağır travmalarının, autoimmun xəstəlikərin, QİÇS və dig. xəstəlikərin müalicəsində kök hüceyrələrin tətbiqi perspektiv hesab edilir.

Bu istiqamətdə aparılan işlər müəyyən nəticələr vermişdir. Belə ki, 2012-ci ildə Kembric Universitetinin professor Con Gerdon və Kioto Universitetinin professor Sinya Yamanaka Nobel mükafatına layiq görülmüşlər. Alımlər yetkin kök hüceyrələrinin gen kodunu yenidən proqramlaşdıraraq, pluripotent xassəyə malik olan (yəni orqanizmin bütün hüceyrələrinə çevrilə bilən) kök hüceyrələrilərinə çevirə bilmişlər. Komitə göstərilən ixtiranı inqişabi kəşf adlandırmışlar.

Bütün qeyd edilənlər kök heceyrə üzərində aparılan tədqiqat işləri nəinki elmi-praktiki dairələrin, bütünlüklə müasir cəmiyyətin diqqətini cəlb etdiyini gösətrir. İnkişaf etmiş ölkələrin rəhbərlikləri kök hüceyrələrin biologiyasının və kliniki potensialının öyrənilməsinə kifayət qədərə vəsait ayırırlar. Əgər 2005-ci ildə göstərilən istiqamətdə aparılan işlərə 26,6 mlrd ABŞ dolları vəsait ayrılmışdırsa (dünya üzrə), 2018-ci ildə bu rəqəm 100 mlrd ABŞ dollardan çox olmuşdur.

Bütün bunlarla yanaşı bu istiqamətdə aparılan işlərin kontrolu üçün xüsusi kontrol mexanizmlər yaradılmışdır. 2019-cu ildə ABŞ-nda kök hüceyrələri üzərində 3000 yaxın kliniki təcrübələrin sınaqdan keçirilməsi planlaşdırılır (www.Clinicaltrials.gov).
Yuxarıda göstərilən qısa məlumatlar kök hüceyrə üzərində aparılan tədqiqatların nə qədər vacib və perspektivli olmasını göstərir. Əgər XX əsr “İnformasiya əsri” adlandırılırdısa, hazırki XXI əsrin “Kök hüceyrə əsri” kimi adlandırılması ehtimalını nəzərdən keçirsək yanılmarıq.
Text-to-Speech

DİNLƏ






Şərh yaz