Axtarış...

Azərbaycanda güclü partlayış: Yaralı var


MilliTV.az

Şəmkirdə evdə qaz partlayıb.

Sonxeber.az-ın məlumatına görə, hadisə rayonun Morul kəndində qeydə alınıb.

Kənd sakini, 1994-cü il təvəllüdlü Cavanşirli Şəhruz Elman oğlu ağır yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, həmin şəxs evdə qazın partlaması nəticəsində ağır yanıq xəsarəti alıb.

Hadisənin başvermə səbəbləri araşdırılır



Şərh yaz