Axtarış...

Kəlbəcərdə erməni təxribatı — VİDEO

MilliTV.az

Alban-udi Xristian dini icmasının nümayəndələri Kəlbəcərdə erməni keşişlərin müqaviməti ilə qarşılaşıblar.

Sonxeber.az-ın məlumatına görə, bu barədə ''XəzərXəbər''ə açıqlama verən icma sədri Robert Mobili bildirib ki, Xudavəng monstrının ərazisindəki erməni keşişlər onların ibadətinə mane olmağa çalışıblar.

İcma sədrinin sözlərinə görə uzun mübahisədən sonra onlar kilsəsinin içinə keçib ibadət edə biliblər amma içəridə video çəkilişə icazə verilməyib. Robert Mobilinin sözlərinə görə, ermənilər həmin kilsənin onların nəzarətində qalmasını istəyirlər ki, buna icazə verilməyəcək.

Millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə Azərbaycan ərazisində bu kilsələrin Ermənilərin Qriqoryan kilsəsi ilə heç bir əlaqəsi yoxdur. Ermənilər bunu qəbul etməsələr belə bu reallığı dəyişmir.

Qeyd edək ki, təkcə Qarabağ ərazisində 300-ə qədər Alban kilsəsi var ki, Ermənilər bu kilsələrin tarixini saxtalaşdırmaq üçün ora erməni xaçı quraşdırıblar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz