Ermənilər azərbaycanlıları görüşə çağırıb gizləndilər - VİDEO
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Sankt-Peterburqda yaşayan erməni və azərbaycanlı icmaları arasında son dərəcə kəskinləşən münasibətləri ayırd etmək üçün tərəflər bu günə görüş (kriminal jarqonda - "strelka") təyin ediblər, azərbaycanlılar deyilən vaxtda razılaşdırılan məkana gəlsələr də, ermənilər gəlməyib, gizləniblər.
Dia.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın şimal paytaxtı Sankt-Peterburqda yaşayan həmvətənlərimiz xəbər verib, vizual görüntülər yollayıblar.
Onların dediyinə görə, görüş yerinə gəlməyən və bununla də bəzi yazılmamış qanunları pozan ermənilər ikinci bir qəbahətə də yol veriblər, məsələni hüquq-mühafizə orqanlarına çuğullayıblar və azərbaycanlıların toplaşdığı yerə Rusiya xüsusi təyinatlılarının birləşmələrini göndəriblər.
Ancaq Rusiya xüsusi təyinatlıları ilə azərbaycanlılar arasında toqquşma baş verməyib.