"Yoluxmanın artmasının əsas mənbəyi yas yerləridir. Rayonlarda yas mərasimləri hələ də var. Təsəvvür edin, bir otaqda bir neçə adam toplanırsa, artıq burada yoluxmalar baş verir".
Millitv.az xəbər verir ki, bu sözləri Redaktor.az- açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib. O bildirib ki, bu səbəbdən xəstəliyin yayılmasının əsas mənbəyi yas yerləridir:
"Müşahidə aparmaq lazımdır ki, restoranlarda, yoxsa yas yerlərində yoluxmanın sürəti daha çoxdur. Əgər bütün kəndlərdə yas yerlərlinin qarşısı alınmırsa, virus oradan yayılırsa, bu, yol verilməzdir. Demək, biz virusla mübarizəni lazımi qaydada aparmırıq.
İslamda belə bir anlayış var: O şeydən ki, xəstəlik gəlir, murdardır, o şeydən ki, təhlükə gəlir, haramdır. Bizim din xadimləri susurlar. Heç biri bununla bağlı bir söz demir.
Sərt qayda deyiləndə ancaq kafe-restoran, iaşə obyektlərinin bağlanmasını tələb edirlər. Bunlar lazımi mübarizə metodları deyil, naşı metodlardır".