“Azərbaycan ordusu bizim bayrağımızı artıq Şuşada dalğalandırır. Şuşa məscidində artıq azan səslənir, namaz qılınır”.
Bunu əslən Şuşadan olan Əsra Məmmədli Milli Məclisin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, ailəsi artıq Şuşaya qayıdır:
“Mən sizin hər birinizi Şuşada, Qarabağda görmək istəyirəm. Çünki Qarabağ Azərbaycandır!”
Spiker Ə.Məmmədliyə bildirib ki, onun bu çıxışı bütün Şuşa sakinlərinin fikirlərini ifadə edir.