Axtarış...

Çavuşoğlu imzalanan razılaşmanın əsas məqsədini açıqladı: “Bundan sonra söz diplomatiyanındır”


“İmzalanan razılaşmanın tək məqsədi Azərbaycanın işğal edilmiş bütün torpaqlarının geri qaytarılmasıdır. Bu münaqişə yalnız bundan sonra öz həllini tam tapmış olacaq”.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan mediası ilə görüşdə sualları cavablandırarkən deyib.

O bildirib ki, işğal olunmuş torpaqlardan çəkilmə ilə bağlı təqvim müəyyənləşib:

“Bu günə qədər qəhrəman Azərbaycan ordusu döyüş meydanında lazımi addımları atdı. Bu gün isə diplomatik yolla geridə qalan digər torpaqlarını azad etmək niyyətindədir. İşğaldan azad edilən torpaqlar barədə qardaş Azərbaycan rəhbərliyi ictimiayyətə məlumat verib.

Digər kiçik detallarla bağlı mənim bir söz deməyim doğru olmaz, bu barədə Azərbaycan rəsmiləri daha detallı məlumat verəcək. Ancaq anlaşmanın son məqsədi bütün işğal olunmuş torpaqların azad edilməsidir. Bunu tam əminliklə deyə bilərəm. İndiyə qədər Azərbaycan ordusu qəhrəmanlıqla döyüşdə uğur qazandı, bundan sonra isə söz diplomatiyanındır”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz