Azərbaycanda koronavirusa (COVID-19) 1346 yeni yoluxma faktı qeydə alınıb, 598 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 15 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 16516 nəfərdir.
Ölkədə son sutka ərzində 9592, hazırkı dövrədək isə 1457177 test aparılıb.
Ümumi ölənlərin sayı 867 nəfərdir.
Ümumi yoluxanların sayı 67392 nəfər, ümumi sağalanların sayı 50009 nəfərdir.