Azərbaycanda koronavirusa (COVID-19) 635 yeni yoluxma faktı qeydə alınıb, 503 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 12 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 15783 nəfərdir.
Ölkədə son sutka ərzində 6355, hazırkı dövrədək isə 1447585 test aparılıb.
Ümumi ölənlərin sayı 852 nəfərdir.
Ümumi yoluxanların sayı 66046 nəfər, ümumi sağalanların sayı 49411 nəfərdir.