Azərbaycanda koronavirusa (COVID-19) 528 yeni yoluxma faktı qeydə alınıb, 103 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, iki nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 3791 nəfərdir.
Ölkədə son sutka ərzində 9133, hazırkı dövrədək isə 1218935 test aparılıb.
Sutka ərzində iki nəfər ölüb, ümumi ölənlərin sayı 623 nəfərdir.
Ümumi yoluxanların sayı 44317 nəfər, ümumi sağalanların sayı 39903 nəfərdir.