MilliTV.az
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 29-da 37,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,61 dollar/barel azdır.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 37,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,6 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 37,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,58 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 36,22 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,55 dollar/barel azdır.