Axtarış...

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 3-ü 56,34 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,85 dollar/barel azdır.

Millitv.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 55,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,82 dollar/barel azdır.


Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 53,24 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,61 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 51,46 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,39 dollar/barel azdır.
Text-to-Speech

DİNLƏ






Şərh yaz