Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,42 dollar azalaraq 84,16 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,02 dollar bahalaşaraq 74,34 dollar olub.
Azərbaycan neftinin də qiyməti ucuzalaşıb.
Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,73 dollar azalaraq 86,78 dollar təşkil edib.(Virtualaz.org)