Axtarış...

Rusiya Ermənistandakı səfirliyinin fəaliyyətini iki həftəlik dayandırıb



Rusiyanın Ermənistandakı səfirliyinin fəaliyyəti dayandırılıb.

Bu barədə səfirliyin “Facebook” səhifəsində qeyd edilir.

Bildirilir ki, Ermənistandakı epidemioloji vəziyyətlə əlaqədar səfirliyin fəaliyyəti iki həftəlik dayandırılır.

Qeyd edək ki, Ermənistanda son sutka ərzində 2 241 nəfər koronavirusa yoluxub, bununla da virus aşkar edilənlərin sayı 82 651 olub.
Text-to-Speech

DİNLƏ






Şərh yaz