Axtarış...

Vaşinqtonda Dağlıq Qarabağ müzakirələri - VİDEO



Xarici İşlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bir sıra rəsmi görüşlər keçirib.

Baku TV xəbər verir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğu bu görüşlərdə mövcud vəziyyət dəyərləndirilib, problemin həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov qeyd edib ki, 30 il ərzində yığılıb qalan problemlərin bir görüşlə həlli mümkün deyil. Ancaq Azərbaycan hər zaman konstruktivlik nümayiş etdirib və münaqişənin siyasi yolla həllinə tərəfdar olduğunu açıq şəkildə göstərib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir bildirən bir çox dövlətlərdə erməni lobbisinin güclü olduğunu deyən nazir bunu nəzərə almağın vacibliyinə diqqət çəkib.

Xatırladaq ki, Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo ilə yanaşı, Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obrayn, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə də görüşüb.

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz