Axtarış...

Təhsil naziri Gürcüstanın ölkəmizdəki səfiri ilə görüşüb




Oktyabrın 16-da Təhsil naziri Emin Əmrullayev Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.

Bununla bağlı Təhsil Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycanla Gürcüstan arasında təhsil sahəsində əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə edilib və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Təhsil naziri Ermənistanın təcavüzü nəticəsində üç məktəblinin həlak olması, 15 məktəblinin xəsarət alması və ölkəmizin müxtəlif bölgələrində yerləşən 40-dək məktəbə zərərin dəyməsi ilə bağlı məlumatı səfirin diqqətinə çatdırıb.

Səfir, öz növbəsində, Gürcüstanın Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdığını bir daha qeyd edib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz