“Daxili siyasətdə küncə sıxılan və xarici siyasətdə uğursuz olan Avropa liderləri İslamı hədəf alaraq öz çatışmazlıqlarını ört-basdır etməyə çalışırlar”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu karvana qatılan şəxs Fransa Prezidenti Makrondur. Makronun “İslam böhran içindədir” ifadəsi hörmətsizlik və açıq bir təxribatdır. Fransa prezidenti olaraq qeyri-dəqiq şəkildə İslamdan danışması hədsizlik və ədəbsizlikdir. Sən kimsən ki, ağzına belə bir ifadə alırsan?”, - Ərdoğan bildirib.
Türk lider qeyd edib ki, dövlət başçıları müqəddəslərdən danışarkən özlərinə fikir verməlidirlər:
“Makron bilmədiyi mövzulardan danışarkən çox diqqətli olmalıdır. Dəfələrlə demişəm, ondan müstəmləkə valisi kimi davranmaq əvəzinə məsuliyyətli bir dövlət adamı kimi davranmasını gözləyirik”.