MilliTV.az
Rusiyanın Taqansk Rayon Məhkəməsi Moskvanın mərkəzində yol-nəqliyyat hadisəsi törətmiş azərbaycanlı reper Elmin Quliyevi həbs edib.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Qeyd edilir ki, onun barəsində iki ay – noyabrın 21-ə kimi həbs qəti imkan tədbiri seçilib.
E.Quliyev məhkəmədə təqsirini etiraf edib. O, bildirib ki, musiqidən əldə etdiyi gəlirdən zərərçəkənlərə təzminat ödəməyə hazırdır. Müdafiə tərəfi hakimdən reperi ev dustaqlığı şərti ilə azadlığa buraxmağı xahiş edib, lakin məhkəmə bu vəsatəti rədd edib.