Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov köməkçisi və şöbə müdirini vəzifəsindən kənarlaşdırıb.
“MediaPost”un məlumatına görə, Faiq Qürbətov müvafiq əmri ilə köməkçisi Pöhran Əlifağa oğlu Şahbazov və Memarlıq və Tikinti şöbəsinin müdiri Yaşar Şahab oğlu Əzimov hər ikisi vəzifələrindən azad olunublar.
Xatırladaq ki, hər iki vəzifəli Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs edilən Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyev tərəfindən sözügedən vəzifələrə təyin olunmuşdular. DTX-nın apardığı araşdırma zamanı Mahir Quliyevin köməkçisi Pöhran Şahbazov və Yaşar Əzimov vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında özünün pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.