Azərbaycanda müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyəti distant formaya keçirilib.
Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Cebhe.info-ya açıqlamasında virusun aşkarlandığı məktəbin adını açıqlayıb.
O deyib ki, koronavirusa kütləvi yoluxma Quba rayonunun Qamqam kənd orta məktəbində baş verib:
“Bu, hər hansı bir məktəblərin bağlanması ilə bağlı işarə deyil. Bu, Təhsil Nazirliyinin apardığı bir monitorinqin nəticəsidir. Məlumatlandırma xarakteri daşıyır. Burada hər hansı təhlükəli və gizli bir şey yoxdur”.
Qeyd edək ki, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb.