Gömrük komitəsinin nümayəndəsi ilə debatdan sonra mənə çoxsaylı mesajlar gəlir. Təbii ki, verilişin formatı elə idi ki, orada bütün məsələlərə ətraflı izah vermək mümkün deyil. Ancaq mənim yüngülcə eyham vurduğum sualdan birindən ilhamlanıb yazan facebook dostumun yazısını olduğu kimi, redaktəsiz təqdim edirəm: (uzundur, ancaq oxuyun)
Teref.az xəbər verir ki, keçmiş Millət vəkili, iqtisadçı ekspert, iş adamı Nazim Baydəmirli məqaləsini bu sözlərlə başlayıb. Nazim Baydəmirli sonra yazır:
"Səfər Mehdiyev qayini Zeynal Tarquluyevə Hədiyyəsi Qısa İdxal bəyannaməsindən yığılan qanunsuz pullar hara gedir Uzun illər Dövlət Gömrük Komitəsində iş adamlarına rəngli vərəqlər Gömrük bəyannamələrini, ciddi hesabat blankı kimi qeyd etmiş, nömrələnmiş, bundan sonra həmin blankları ancaq Dövlət Gömrük komitəsinin nəzdində olan Təsərrüfat Hesablı Azterminalkompleks İB tərəfindən satışına başlanmışdı. Buna deyirdilər bəyannamələrində "manapolyası". Həmin dövrdə dəyəri 5-10 qəpik olan kağızı iş adamlarına 210 manata satılırdı. Kimsə qəbz tələb eliyəndə 18 manatın qəbzi verilirdi.
Gömrük Məcəlləsinin 150 ci maddəsində yazılmışdı kı, bəyannamə elektron yaxudda kagız üzərində verilməlidir. Lakin DGK ancaq kagız üzərində qəbul edirdi. Kağızın hər vərəqini 210 manatdan satılırdı Dövlət orqanlarında Elektron xidmətlərin göstərilməsinin təşgili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 429 saylı 23 may 2011 tarixli Fərmani Mərkəzi İcra Hakimiyyəti orqanlari tərəfindən konkret sahələr üzrə Elektron xidmət göstərilməsi Qaydalarınin və Elektron xidmət növlərinin sayahisinin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 22.1 bəndinə əsasən Gömrük bəyannaməsi ancaq elektron qəbul edilməli idi.
Prezidentin fərmanı, Nazirlər Kabinetinin qərarı nəzərə alınmırdı. Həmin dövrdə 5-10 qəpiyə olan kağızı 210 manata satışı DGK nin Sədrinin birinci müavini Səfər Mehdiyevin nəzarətində idi. Təsəvvür edin 1 500 000-2 000 000 bəyannamə yazılsa (idxal, İxrac, Tranzit, əlavə vərəqlərdə daxil və 18 manat rəsmi qəbz verilirdi ) 210-18=192 manatdan. Deməlı 288 000 000-384 000 000 manat vəsait hara gedirdi bilən yox idi.
Həmin o qəbz verdikləri 18 manatın özüdə qanunsuz idi Nazirlər Kabinetinin Qərarı, Tarif Şürasının qərarı. Dövlət Rüsumu haqqında Qanun hec yerdə yox idi. 5-10 qəpiklik kağız vərəqi 18 manata sənədləşdirib 210 manata satılırdı.
Əlbəttə Səfər Mehdiyevin nəzarəti aldında. Mən hələ tərəzi pulu adıynan yığılan küllü miqdarda vəsaiti və xidmət göstərmək adıynan alınan 6 manatları saymıram. Almaniyadan gələn TİR karnitlə gələn mallara zorla tərəzi pulu yığılırdı.
Dövlət Gömrük komitəsinin 100/03/001 saylı 02.05.2016-cı il tarixli Malların Və nəqliyyat vastələrinin gömrük rəsmilşdirilməsi üzrə elektron Gömrük Bəyannamələrinin qəbulu üzrə inzibati reqlamentin qəsdiq edildi. Artıq kağız vərəqlərin 210 manata satılması mümkün olmadığını bilən Səfər Mehdiyev Nazirlər Kabinerində qərar Qəbul elətdirdi. Gömrük yiğimlarının məbləğlərinin təsdiq edilməsi haqqinda Nazirlər Kabinetinin 168 saylı 26 aprel 2016 tarixli qərarı bənd 2.4 Malların və nəqliyyat vastələrinin müvafiq gömrük proseduru altında tam yerləşdirilməsi nəzərdə tutan bütün növ gömrük bəyannamələrinin hər vərəqi ücün elektron gömrük xidməti göstərilməsinə görə 30 manat məbləgində gömrük yığımı alınır.
Hörmətli vətəndaşlar Gömrük yığımının 5 növü var
Gömrük məcəlləsi Maddə 231. 1.Gömrük nəzarətinin həyata kecirilməsi ilə bağlı gömrük yiğimi
2.gömrük müşayiətə görə gömrük yığımları.
3.Malların saxlanca görə gömrük yığımları
4.Malların rəsmiləşdirilməsi üzrə mütəxəsuslərə ixtisas atestatının verilməsinə görə gömrük yığımları
5.Bankların və bank olmuyan kredit təşgilatların müvafiq icra hakimiyyətində restrə salmaga görə (burada elektron gömrük yiğimi yoxdu və bu nə deməkdir?)
Nazirlər kabinetinin 6 avqust 2018 tarixli 344 saylı qərarına əsasən malın gömrük dəyərinə görə gömrük komitəsinə gömrük yiğimi ödəmək hər bir iş adamının vəzifəsidir. Lakin elektron gömrük xidməti adı altında Dövlət Gömrük komitəsinin nəzdində təsərrüfat hesablı başqa bir müəssəyə nə ücün iş adamlarından küllü miqdarda vəsait ödənilir?? Elektron xidmət haqqi nə deməkdir ???
Mən iş adamı kimi idxal və ya ixrac etdiyim malı elektron formada Elektron hökümət portalında DGK bəyan edirəmsə, hansısa bir təsərrüfat hesablı Səfər Mehdiyevin qayını Zeynal Tarquluyev işlyən müəsisəyə niyə pul ödəməliyəm.?
Əgər mənə pulsuz reklam verilibsə (qələm, blaknot, Burulok, kalendan, divar saatı, reklam koynəyi və s ) 25 adda 20-30 kq pulsuz verilən reklama gömrük sənədləşməsi ücün 200 dollar qiymət qoyulubsa. Deməlı Gömrük dəyəri 340 manat edər. Gömrük vergiləri Gömrüyə xidmət haqqı 10 manat ixdal vergisi 340*15%-51 manat ƏDV (340+10+51)*18%=63 manat Elektron bəyannamə 25 adda mala 9 vərəq lazimdi (hər vərəqə 3 adda mal gedir) 9*30=270 manat Elektron bəyannamənin ƏDV 48.60 manat
Deməlı pulsuz verilən 200 dollarlıq reklama görə DGK xidmət haqqi 10 manat. Dövlət büdcəsinə (İdxal+ƏDV) 114 manat. DGK nəzdində təsərrüfat hesablı müəssisəyə 318.60 manat ödəməliyəm. Mənə "elektron xidmət" göstərildiyinə görə.
Gülməlı burasıdır kı, əgər bəyannamədə səhv varsa deməlı hər bir hərif səhvinə görə əlavə olaraq 35 manat 40 qəpik yenidən ödəməlisən.
Bura qədər Nazirlər Kabinetinin qərarına əsasən qanunsuzda olsa don geyindirilib.
İndi kecirəm TAM QANUNSUZLUĞA: 2019- cu ilin əvvəlində Gömrük Məcəlləsinin 113. Maddsinə əlavələ edilərək Qisa idxal bəyannəməsinin verilməsi məcburi edildi. Hətta İnzibati Xətalar Məcəlləsinə Maddə 485.2 əlavə edilərək Fiziki şəxslər 1000 manat Hüquqi şəxslər 1500 manat cərimə olunurlar. İş adamlarını hamısı fikirləşdik ki yəqin malın sərhəddən tez keciririlməsi və ya bir başa öz anbarıma aparılması və daha doğrusu işi sadələşdirilməsi məqsədi daşıyır. Amma gözlənilənlərin tam əksinə Səfər Mehdiyev qayını Zeynal Tarquluyevin “payını” artırırmış.
Sual 1. Rusiya Federasiyasindan 3 tonluq kanteynerdə 1000 dollarlıq mal gətirmişəm. Dövlətlər arası sazişı görə ST-1 verirəm idxal vergisindən azadam1000* 18%= 180 dollar (306 manat ) vergi verməliyəm. Qısa idxal bəyannaməsi vermədiyimə görə məni 1500 manat (882 dollar) cərimə ediləcəm??? Hüquq şöbəsi bu qərar layihəsini yazıb hazırlayanda fikirləşmədi ki bu nədir.?? 1000 dollarlıq mala görə məni 882 dollar cərimə edirsən sonrada deyirsən 180 dollar dövlətin vergisini ödə .
Sual 2. Yuxarıda qeyt etdiyim Nazirlər Kabinetinin 168 saylı qərarının 2.4 bəndində yazılmışdır kı Gömrük proseduru altında tam yerləşdirilməsi nəzərdə tutan hər vərəq ücün 30 manat elektron xidmət haqqı tutulur. Qisa idxal Bəyannaməsi nə vaxtdan gömrük proseduru olub ???? Gömrük Proseduru.
1.Malların təkrar ixracı gömrük proseduru.
2.Daxili malların ixrac gömrük proseduru.
3. Müvəqqəti İxrac gömrük proseduru.
4.Sərbəst dövriyyə ücün buraxılış gömrük proseduru.
5. Təkrar idxal Gömrük proseduru.
Xüsusi gömrük prosedurları
1. Tranzit( beynəlxalq və ya daxili)
2. Saxlanc ( müvəqqəti saxlanc və ya gömrük anbarında saxlanc)
3. Sərbəst zona
4. Xüsusi istifadə (müvəqqəti idxal və ya son istifadə+ rüsumsuz ticarət mağazası)
5. 5.Emal (daxildə və ya xaricdə)
Sual 3.Hamiya aydın olsun deyə gömrük prosedurlarını saydım. Qısa idxal bəyannaməsi qərarın 2.4 bəndində deyildiyi kimi tam gömrük proseduru olmadığı halda niyə 35.40 manatdan pul yığılır. ???? Məlumat ücün bildirirəm kı qisa idxal bəyannaməsi məlumat xarakteri daşıyır.
Nə ücün Səfər Mehdiyevin qayını Zeynal Tarquluyev rəis müavini olduğu təsərrüfat hesablı müəssisəyə qanunsuz pul ödəməliyəm. ??
Ozüdə küllü miqdarda Gömrük bəyannaməsində 1 əsas 33 əlavə vərəq ola bilər. 34 vərəq*35.40=1203.60 manat Bundan sonra mən gömrük proseduru secirəm tutaq kı sərbəst dövriyyə buraxıram .
Yenidən Səfər Mehdiyevin qayınına 1203.60 ödəməliyəm. Bu nə soygunculuqdur. ????
Sual 4 Hər bir hərif səhvinə görə DGK nəzdində Təsərrüfat hesablı rəis müavini Səfər Mehdiyevin qayını Zeynal Tarquluyev olan müəsisəyə əlavə olaraq 35.40 ödəməliyəm. Hərif səhvinə və yaxudda rəqəm səhvinə görə !!!!
Sual 4 Bu gün dövlət Gömrük gomitəsinin bazasında 300000 civarında idxal bəyannaməsi var Təxminən hərəsinə dörd əlavə vərəq götürsən 960000 bəyannamə .
Deməlı 1200000*35.4=42 000 000 manat. İdxalda onuda vuraq 2 yə birinci qisa idxal sonra ikinci gömrük proseduru 84 000 000 manat.
Bu gün gömrük bazasında 60000 ixrac bəyannaməsi var.
60000*35.4=2 124 000 manat. Tranzit bəyannaməsi, Natamam bəyannamə, Dövrü bəyannamə və səhvə görə əlavə ödənişidə nəzərə alsaq 10 ayda təxminən 90 000 000 manat eliyir.
Tam əminliklə deyərdim kı İlin sonuna 100 000 000 manatı kecər. Yalannan sərhəddərdə iş adamlarından yığılan tərəzi pulunu saymıram ....
Görün nə qədər qanunsuzluqdur ki vaqona 150-200 manatdan tərəzi pulu yığıllar. Mən Dövlət Gömrük komitəsinin nəzdində Təsərrüfat hesablı Azterminalkompleks İstehsalat Birliyindən xahiş etmişəm kı mənim vaqonumu tərəziyə cixarib cəksin???
Bu nə rüsvaycılıxdı? Almaniyadan TIR karnitlə bir necə dövlət sərhəddini kecən maşına tərəzi pulu yığılır. Mən hələ tərəzi pulunu saymıram....
Bax bu məbləğ DGK nəzdində Azterminalkompleks İstehsalat birliyinin Səfər Mehduyevin qayını Zeynal Tarquluyevin rəis müvini olduğu təsərrüfat hesablı müəsisəyə gedir.. Oradan isə Saxta tenderlərə ......
Sual 5 Yuxarıda qeyd etdiyim kimi əgər mənə distribyutoru olduğum şirkət tərəfindən pulsuz 30 kq reklam verilibsə (qələm. Kalendar. divar saatı. Bruloq. koynək vitrin ləvazımatı, iqruşkalar və s) Mən nə ücün qisa idxal bəyannaməsi yazılanda hərəsinə görə 35.40 manat ödəməliyəm.
Tam qanunsuz. Əgər saxlanca verirəmsə yenə ödəməliyəm. Saxlancdan sonra sərbəst dövriyyə buraxılırsa yenə ödəməliyəm. Pulsuz verilmiş reklam mallarina görə yenə ödəməliyəm???. Yenə saxlancı sərbəst dövriyyəni cəhənnəm.
Nazirlər kabinetinin qərara qanunsuzda olsa yazdırmısız. Axi niyi Qisa idxal bəyannaməsinə görə ödəniş edilməlidir.?? Qanunda Qisa idxal bəyannaməsində hec bir xidmət haqqi tutulmur, amma həmin 35,40 manat qanunsusda olsa məcburən tutulur.
Pulsuz verilən reklam mallarina görə elə olur 300-400 manat xidmət haqqı ödəyirəm. Niyə iş adamları soyulur.??? Gülməlidir ki Qisa idxal bəyannaməsinə Səfər Mehdiyev qayini Zeynal Tarquluyevi Təsərrüfat hesablı Azterminalkompleks İB-nə rəis müavini qoyana qədər tutulmurdu. Qayinina “hədiyyə” olaraq qisa idxal bəyannaməsindən də tutulmasinı qəti şəkildə tapşırılıb. “Hədiyyənin” gücünə baxın kı artıq praqramda dəyişiklik edilib. Qanunsuzda olsa proqram tələb edir ki ödə .
Sual 6. Gömrük Məcəlləsi Maddə 116 Qisa idxal bəyannaməsinin təqdim edilməsinin mümkünlüyünün son müddəti başa catmazdan əvvəl onu əvəz edən Gömrük bəyannaməsi təqdim edildikdə həmin gömrük bəyannaməsinin aid olduğu mallar ücün qisa idxal bəyannaməsi tələb olunmur. Bunu Məcəllə deyir. Lakin Dövlət Gömrük komitəsi mütləq şəkildə qisa idxal bəyannaməsi tələb eliyir. Deyir kı orada barkod yoxdur. Barkodda mal sərhəddi kecəndən sonra verilir. Axi bu iş adamlarının gunahi deyil.? Bilərəkdən əngəl yaradılır kı qisa idxal bəyannaməsi yazılsın DGK nəzdində Təsərrüfat hesablı rəis müavini Səfər Mehdiyevin qayını Zeynal Tarquluyev olan müəsisəyə pul ödənilsin.
Sual 7 .Gömrük Məcəlləsi Maddə 113 Qısa idxal bəyannaməsinin təqdim etmə öhdəliyi.bənd 113.4 Bu maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanindan dayanmadan kecən nəqliyyat vastələrində daşınan mallara şamil edilmir. Gömrük Məcəlləsi deyir ki Gəmiynən Hava limanı ilə daşınan mallara Qısa idxal bəyannaməsi tələb olunmur. Amma Gömrük komitəsi məcbur edir ki mütləq qisa idxal bəyannaməsi yazmalısan. Məqsəd məlumdu.... Əlavə ödəniş edilsin Hara??
Sual 8 .Gömrük Məcəlləsi maddə 124.1 Mallar dərhal digər xüsusi gömrük proseduru altinda və ya sərbəst zonada yerləşdiyi hallar istisna olmaqla Gömrük orqanina təqdim edilmiş xarici mallar bu Məcəllənin 178-ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmiş hesab edilir.
4.Gömrük məcəlləsi Maddə 178.2Mallar müvəqqəti saxlanc gömrük prosedurunda yerləşdirilməsi ücün gömrük orqanları tərəfindən gömrük bəyannaməsi kimi qisa idxal bəyannaməsi və ya onu əvəz edən tranzit sənədi qəbul edilir. Məcəllə deyir ki Dövlət Gömrük komitəsi Qisa idxal bəyannaməsi saxlanc bəyannaməsi kimi qəbul edilməlidir. Bunu Məcəllə deyir. Dövlət gömrük komitəsi Gömrük Məcəlləsini qəbul etmir. Zeynal Tarquluyev gələnə qədər qəbul edilirdi Amma indi qəbul edilmir. Niyə ??? niyəsi məlumdu... Deyir ki gedin yenidən saxlanc bəyannaməsi yazın, yenidən ödəniş edin Əlbəttə ki DGK nəzdində Təsərrüfat hesablı rəis müavini Səfər Mehdiyevin qayını Zeynal Tarquluyev olan təsərrüfat hesablı müəsisəyə Bütün bu həngamələrin bir məqsədi var daha cox əziyyət vermək işi getdikcə cətinləşdirmək. Bir malı dəfələrlə bəyan etmək hər dəfə hər vərəqə görə DGK nəzdində Təsərrüfat hesablı rəis müavini Səfər Mehdiyevin qayını Zeynal Tarquluyev olan müəsisəyə pul ödəmək. Gömrük Komitəsinin əməkdaşlarının Gömrük məcəlləsinin 6 maddəsini nəzərinə catdiriram
Sual 9. Maddə 6.3 Gömrük orqaninin fəaliyyəti qanunun aliliyi, insah hüquqlarinin və azadlıqlarının qorunması, şəxslərin qanun qarşısında hüquq bərabərliyi, aşkarlıq , peşəkarlıq, xidmətdə nizam intizam prinsiplərinə əsaslanir. Maddə 6.4 Gömrük orqani öz fəaliyyətində gömrük qanunvericiliyini rəhbər tutur.
Dəyəri 5-10 qəpik olan vərəqləri 210 manata satılarkən eşitdəndə ki Gömrük ancaq elektrona kecir. Cox sevindik kı axırkı 15 ildən sonra (429 saylı 23 may 2011 tarixli) Cənab Prezidentin Fərmanı yerinə yetirildi. Day bilmədik kı DGK də olan məmurlar elektron bəyannamə adı altında yenidən pul yiğacaqlar. Hec nə dəyişmədi. Əvvəllər bizə rəngli vərəq verib 210 manatdan pul yığılırdı və DGK bazasında elekron bəyannamə VAİS praqramında var idi. Elektrona kecəndə rəngli vərəq ləgv edildi həminkı VAİS praqramı yerində qaldı Amma iş adamlarında küllü miqdarda elektron adıyla pul yığılmağa başlanıldı. Qısa idxal bəyannaməsi isə hec bir xidmət haqqi vergi tutulmadığı halda Təsərrüfat hesablı Azterminalkompleks İstehsalat birliyinin Səfər Mehduyevin qayını Zeynal Tarquluyevin rəis müvini olduğu müəsisəyə (dövlət büdcəsinə deyil) pul ödəmək qədər qanunsuzluq olmaz.... Görəsən yuxarıda saydığım bütün bu qanunsuzluqdan Səfər Mehdiyevin xəbəri varmı ??? Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 7. Yaxın qohumların birgə işləməsinə yol verilməməsi
7.1.Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.
7.2.Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.
9.3. Vəzifəli şəxsin aşağıdakı hərəkətləri korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır:
9.3.5.statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etmək; Qısa idxal bəyannaməsindən hec bir qanunda yoxdu hətta elektron xidmət haqqıda və tutulmurdu da, hec bir qanunqayda dəyişmədiyi halda necə oldu ki Səfər Mehdiyevin qayını Zeynal Tarquluyev rəis müavini kecəndən sonra tutulmga başlanıldı. Hansı qara qüvvələr praqrama dəyişiklik edilməsinə göstəriş verdi.????
9.3.6.normativ hüquqi aktların və digər qərarların qəbul edilməsi zamanı fiziki və ya hüquqi şəxslərə onların təyinatına uyğun olmayan üstünlüklər vermək; Mən bilmirəm bu Təsərrüfat hesablı Azterminalkompleks kimdirki o sərhəddə mənim malımı tərəzidə cəksin və sonrada tərəzi pulu adiynan iş adamlarından pul yiğsin??? İş adamlarına DGK xidmət göstərir xidmət puluda həmişə olduğu kimi DGK-nin büdcədənkənar fonduna ödənilir. DGK nəzdində əvvəllər bəyannamə yazmaqla məşgul olan bu təsərrüfat hesablı müəssisəyə nə ücün xidmət haqqi verməliyəm?? Özüdə Elektron xidmət haqqı??? Axi bu VAİS proqramı DGK dir.
9.3.12.fiziki və ya hüquqi şəxslərə hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində süni maneələr yaratmaq;
9.3.13.sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı səlahiyyətləri belə fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslərə qanunsuz olaraq vermək.
Səfər Mehdiyev deyirdi kı Gömrükdə 1 manat rüşvət olsa mən istefa verəcəm. Həmin Azterminalkompleks İstehsalat Birliyində Qayını Zeynal Tarquluyev tərəfindən binaların təmiri adıynan saxta tenderlə silinən o milyonlardan görəsən Səfər Mehdiyevin xəbəri varmı????
Muşavirədə Səfər Mehdiyev demişdi ki mətbuat şöbəsi niyə yazılanlara cavab vermirsiniz ??
İndi isə bütün bu faktlara Cavab verin !!!!!" - araşdırın, tapın görün milyardlar necə "mənimsənilir"?
Teref.az xəbər verir ki, dəfələrlə müraciət etməyiizə baxmayaraq DGK-nin mətbuat xidmətindən cavab ala bilməmişik.
Lakin yenədə yuxarıda qeyd edilən ittihamlarla bağlı onların mövqeyini dərc etməyə hazırıq!
Nazim Baydəmirli
Teref.az