Axtarış...

Alimpaşa da arxivə dönəcək... - Şərait bunu diqtə edir...



Daşkəsənin icra başçısı Əhəd Əbiyev demişkən, bu “karnavirus”dur, pandemiyadır-nədirsə, cəmiyyətdəki bütün yırtıq-deşiklərin hamısını üzə çıxartdı.
O boyda Ramiz Mehdiyevi bu balaca karonavirus “boz kardinal” taxtından saldı, rüsvayi-cahan elədi.

Amma nə sirrdirsə, indiki məmurlar başqasının başına gələnlərdən nəticə çıxartmır.

Ölkədə baş verən bu boyda kampaniyadan çəkinməyən Şəmkirin icra başçısı Alimpaşa Məmmədov dostlarını da başına yığıb əməlli-başlı yeyib-içmək məclisi təşkil edib. Və məclisin videosu bütün sosial şəbəkələrdə yayılıb.

Vəziyyətin qəliz olduğunu görən Alimpaşa xeyli xərcə düşərək saytlardan videonu sildirə bilib.
Burda bir məqama diqqət çəkək.
Bir müddət əvvəl Alimpaşanın Şəmkir rayonunda guya yas məclisini dağıtması ilə bağlı video yayılmışdı. İcra başçısı videoda artistlik edərək guya karantinə görə hətta yas məclisinə imkan vermədiyini göstərirdi.
Adama deyərlər ki, necə olur ki, yas məclisini dağıdırsiz, amma özün dostlarınla kef məclisi təşkil edirsiniz.
Bax Alimpaşa belə artistdir.
Amma daha artistlik dövrü arxada qalıb, cənab Alimpaşa Məmmədov.
Xalq artıq həqiqətləri əla bilir. Sənin hətta şəhid məzarları üçün dövlətin ayırdığı pulları bugünədək verməməyini hamı bilir.
Sən şəhid məzarına ayrılan pula da tamah salansan.
Alimpaşa hətta yemək-içmək məclisinə də siyasi tədbir kimi don biçmək istəyir. Guya bununla ölkə rəhbərliyini aldadır.
Bütün bunlar azmış kimi bu boyda rüsvayçılığı necə ört-basdır edirlər.
Alimpaşa müəllimin gəlini yaxın rəfiqələrinə deyir ki, saytların ağzını yumduq, haqlarını verdik və yazdılar ki, kef məclisi deyil, dövlət tədbiri olub.
Bir məqam da çox vacibdir. Harınlamış məmurlar yeyib-içəndə açarlarını itirirlər və ağzılarına gələn söyüşləri söyürlər. Bunu isə Alimpaşa müəllimə bağışlamayacaqlar

gundelik-baku.com


Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz