General açıqladı: Poladın şəhid olma səbəbi... – Video
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Ermənistan ordusunun Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törətməkdə başlıca məqsədi bizi dünya ictimaiyyətinə mənfi obrazda təqdim etməkdir.
Axar.az xəbər verir ki, bu sözləri ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov LAF TV-nin canlı efirində deyib. Onun sözlərinə görə, ermənilər düşünürdülər ki, Ordumuz Ermənistan ərazisinə girəcək:
“Beləcə onlar bizi təcavüzkar dövlət olaraq dünya ictimaiyyətinə göstərə biləcəkdilər. Ancaq Azərbaycan Ordusu heç bir zaman yaşayış məntəqələrini özünə hədəf olaraq seçməyib. Bu, Qarabağ savaşı zamanı da, Aprel döyüşləri zamanı da belə olub, indi də belədir. Ermənilərin bu təxribatı xüsusi hazırlanmış plandır. Görünür, uzun müddət bu plan üzərində hazırlıq gedib”.
General-leytenant cəbhə xəttindəki itkilərimiz haqda da danışıb:
“Ermənilərin havadarları var. Mən konkret ad çəkmək istəmirəm, hər kəs bunu bilir. Məhz buna görə də döyüşlər zamanı başda Polad Həşimov olmaqla, bir neçə yüksək rütbəli zabitimiz şəhid oldu”.
Y.Aydəmirov deyib ki, P.Həşimovun şəhid olması məsələsi Ali Baş Komandanın əmrilə araşdırılır.