Axtarış...

Niyə qadağalar böyük şəhərlərdə ləğv edilmədi?



“Karantinin yumşaldılmasından sonra yoluxmada artım olub”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.

O deyib ki, əvvəlki iki həftə ərzində yoluxmanın sayı aşağı düşüb: “Amma karantin rejiminin yumşaldılmasından sonra artım müşahidə olunub. Bu gün neqativ tendensiya oldu. Vəziyyət nəzarət altındadır. Yumşaldılma mərhələli şəkildə davam edəcək. Yoluxma halları Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəranda daha çox olduğu üçün bu şəhərlərdə karantindən çıxma yavaş aparılacaq. Heç yoluxma olmayan rayonlarda karantindən çıxma daha sürətlə aparılacaq”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz